Dövlət Tərcümə Mərkəzi nə qədər qonorar verir? - Maraqlı faktlar yayıldı
14-02-2024 [16:26]
Azərbaycan Dövlət Tərcümə Mərkəzi 599 səhifədən ibarət olacaq “Slavyan Xalqları Ədəbiyyatı Antologiyası”nı hazırlaması üçün publisist, tərcüməçi Nəriman Əbdülrəhmanlıya 17 min 670 manat qonorar ödəyəcək.
Mia.az Yeniavaz.com-a istinadla xəbər verir ki, Dövlət Tərcümə Mərkəzi müsabiqə keçirmədən bir mənbədən satınalma metodu ilə müqavilə imzalayıb.
Açıqlanan məlumatda ödəniləcək vəsaitin qarşılığında bədii tərcümə xidmətinin göstəriləcəyi qeyd olunub. Müqavilə 31 dekabr 2024-cü il tarixində başa çatacaq.
Onu da bildirək ki, 2015-ci ildə mətbuatda yer alan məlumatların birində Nəriman Əbdülrəhmanlı tərəfindən “Slavyan Xalqları Ədəbiyyatı Antologiyası”nın tərtib edilərək çapa hazırlandığı yazılıb.
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən Nəriman Əbdülrəhmanlı bildirdi ki, “Slavyan Xalqları Ədəbiyyatı Antologiyası”nın hazırlanmasına həm tərtibat, həm də tərcümə xidmətləri daxildir. Nəriman Əbdülrəhmanlı qeyd edib ki, 20-dən çox slavyan xalqının ədəbiyyatını əhatə edəcək antologiya daha əvvəl çap edilməyib: “Sadəcə olaraq bunu layihə şəkilində hazırlayıb Slavyan Unuversitetinə təqdim etmişdim. Lakin, müəyyən səbəblərdən bu layihə o zaman baş tutmadı”.
Bundan başqa Dövlət Tərcümə Mərkəzi tanınmış jurnalist, yazıçı, tərcüməçi İlqar Əlfioğlu (Qasımov İlqar Əlfi oğlu) ilə də 2 qonorar müqaviləsi imzalayıb. Tərcümə Mərkəzi Portuqaliya yazıçısı Joze Saramaqonun əsərinin tərcüməsi üçün İlqar Əlfioğluna 24 min 600 manat, Braziliyalı yazıçı Jorje Amadunun əsərinin tərcüməsi üçün isə 21 mi 330 manat ödəyəcək.
Dövlət Tərcümə Mərkəzi müxtəlif ölkələrin saytlarında Azərbaycan ədəbiyyatının təbliği üçün Gürcüstan vətəndaşı Makavala Qonaşvili ilə 10 min 800 manatlıq müqavilə də imzalayıb.
Mərkəz eyni zamanada “Türkiyə Cümhuriyyətinin (EY) nəşriyyat evi” adlı qurum ilə 8 min 550 manatlıq müqavilə imzalayıb. Müqaviləyə əsasən Türkiyənin Hacettepe Universitetində Azərbaycan dilinin orfoqrafoya lüğəti çap olunacaq və təqdimatı keçiriləcək.
Məlumat üçün onu da qeyd edək ki, Dövlət Tərcümə Mərkəzi 2012-ci ildə yaradılıb. Mərkəz dil və tərcümə sahəsinin tənzimlənməsi istiqamətində dövlət siyasətini həyata keçirən dövlət qurumudur. Mərkəzin açıqladığı sonuncu maliyyə hesabatında qurumun 2022-ci ili 77 min 686 manat zərərlə başa vurduğu göstərilib. Son bir ildə Dövlət Tərcümə Mərkəzinin zərəri 83 dəfə artıb.
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxsaylı ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib