Röya Ayxan yeni mahnısını təqdim etdi - VİDEO

img

14-02-2024 [14:36]


Xalq artisti Röya Ayxan 2024-cü il üçün ilk layihəsini təqdim edib.

Mia.az xəbər verir ki, sənətçi “Sevgililər Günü” münasibətilə müəllifi Fərid Ağaya məxsus “Zülmətəm” adlı yeni mahnısı və klipini sevənlərinin ixtiyarına verib.

Röyanın “Ummadığım anda”, “Afaki”, “Tez gəl” adlı bəstələrinə ekran həyatı verən türkiyəli fotoqraf və rejissor Orçun Mutlu bu klipi də öz öhdəsinə götürüb. Estrada ulduzu 7 biri-birindən fərqli obrazda kamera qarşısına keçib.

Mutlu buna qədər sənətçinin kliplərini çəkib. Ekran işi üzərində Türkiyədən olan peşəkar komanda çalışıb. Bütün geyimlər və aksessuarlar xüsusi olaraq hazırlanıb.

Mahnı bütün rəqəmsal musiqi platformalarında, klip isə Röyanın rəsmi “YouTube” kanalında yayımdadır(Bizm.media).


Digər xəbərlər
SON XƏBƏRLƏR