Əli Əsədov yeni sərəncam imzalayıb

img

12-02-2024 [16:33]


Baş nazir Əli Əsədov Prezident İlham Əliyevin “Dövlət Sığorta Kommersiya Şirkətinin və “Azərsığorta” ASC-nin fəaliyyətinin təşkili haqqında” 16 iyul 2022-ci il tarixli fərmanını ləğv etməsi ilə əlaqədar yeni sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, "Azərsığorta"da mülki qanunvericiliyin tələblərinə uyğun olaraq 5 gün müddətində Maliyyə Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələrindən ibarət tərkibdə Ləğvetmə Komissiyası yaradılmalıdır.

Holdinq Komissiyada təmsil olunacaq nümayəndəsi barədə təkliflərini 3 gün müddətində nazirliyə təqdim etməlidir.

Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq