"Konyaspor"un seneqallı hücumçunu heyətinə qatıb

img

05-02-2024 [09:21]


"TÜMOSAN Konyaspor" seneqallı forvard Bouli Junior Sambou ilə yeni müqavilə imzalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə imza mərasimində Futbol Şöbəsinin müdiri Erkut Çağlar Çelik açıqlama verib.

Klubdan verilən açıqlamaya görə, qolçu ilə 2.5 il müddətinə müqavilə bağlanıb: "Bouli Junior Sambounu salamlayırıq və uğurlar arzulayırıq".

Xatırladaq ki, hücumçu buna qədər Mərakeşin "Wydad AC" komandasında oynayıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq