Xalq artisti: "Zaurlardan təzminat alacağam"

img

30-01-2024 [17:55]


"Elə mahnılar oxumuşam ki, insanlar ona oynamayıb. Bu cəsarəti insanlara verəməmişəm ki, mahnıma oynayın. İndi hindsayağı mahnılar oxunur".

Bu sözləri Xalq artisti Zaur Rzayev "Zaurla Günaydın" proqramında deyib. Müğənni aparıcı Zaur Baxşəliyevin "Sizə adıma görə nə qədər təzminat ödəyəcəyəm" sualına belə cavab verib:

"Siz adımı layiqli yaşadırsınız, sizə özüm ödəyəcəyəm. Digər Zaurlardan təzminat alacağam. Bu ad 1970-ci illərdən məndən gəlib. Azərbaycanda mən yaşda Zaur yoxdur. Anarın da əsərindəki Zaur mənəm. Məni nəzərdə tutub, Fəxrəddin Manafov sevdiyim aktyordur. Mən ola-ola niyə Fəxrəddini çəkib? Yəqin başı qarışıq olub, fikrindən çıxıb. Yenə də sağ olsun ki, adı filmə çəkib"(Axşam.az)


Digər xəbərlər
SON XƏBƏRLƏR