"Qalatasaray" "Bavariya"ya futbolçu satdı - 35 milyon avroya

img

28-01-2024 [13:49]


"Qalatasaray" Almaniyanın "Bavariya" komandası ilə Saşa Boeyin transferi ilə bağlı razılığa gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Bavariya" komandası ilə Saşa Boeyin transferi üçün İstanbul klubuna 30 milyon avro, üstəgəl  5 milyon avro bonus ödəyəcək.

Bundan əlavə, anlaşmaya əsasən, "Bavariya" "Qalatasaray" iki yoxlama oyunu keçirəcək.
 
Boeyin "Bavariya" forması ilə şəklini sosial media hesabında yayımlayan alman klubu bildirib ki, 23 yaşlı fransız futbolçu ilə 2028-ci ilə qədər müqavilə imzalanıb.

"Qalatasaray" isə Saşa Boeyin transferi üçün 30 + 5 milyon avro qarşılığında razılığa gəldiyini təsdiqləyib: "Bavariya" FK ilə peşəkar futbolçumuz Saşa Boeyin transferi ilə bağlı razılıq əldə olunub. Müqaviləyə əsasən, transfer gəlirimiz xalis 30.000.000 avro təşkil edir, bununla belə, "Bavariya" əlavə olaraq 5.000.000 avro bonus ödəyəcək. Üstəlik, iki yoldaşlıq yarışının təşkili razılaşdırılıb və bu oyunlardan əldə olunacaq qazancın 50 faizi "Qalatasaray"a ödəniləcək".

Fərid

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq