"Xarı Bülbül Şuşa" və "Xarı Bülbül Laçın" klubları fəaliyyətlərini dayandırıblar - Maliyyə problemlərinə görə

img

26-01-2024 [13:15]


Son günlər sosial mediada "Xarı Bülbül Şuşa" və "Xarı Bülbül Laçın" komandalarının fəaliyyətlərinin dayandırılması ilə bağlı açıqlamalar verilib. Buna baxmayaraq, klublar tərəfindən federasiyaya məlum məsələyə dair rəsmi müraciət olunmayıb".

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Bildirilib ki, komandaların rəhbərliyi dekabr ayında bizə oyunların təxirə salınması ilə bağlı rəsmi məktub ünvanlayıb: "Lakin klubların tam olaraq fəaliyyətlərinin dayandırılması və çempionatda iştirak etməyəcəkləri ilə bağlı federasiyaya rəsmi müraciət olunmadığından, hazırda məsələyə rəsmi münasibət bildirə bilmirik".

Qeyd edək ki, kişilərdən ibarət "Xarı Bülbül Şuşa" və "Xarı Bülbül Laçın" klubları maliyyə problemləri ucbatından fəaliyyətlərini dayandırıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq