"Lalə xanımın verilişində 1 ay ekspert kimi oturmaq 20 min, Xoşqədəm və Zaurun verilişində isə 15-18 min manatdır" - Psixoloq
19-01-2024 [14:11]
Son illər saxta yollarla müxtəlif müsabiqələrdə qalib olan, nominasiyaları pulla əldə edən müxtəlif peşə sahiblərinin olduğu iddia edilir.
“İlin həkimi”, “İlin psixoloqu” kimi bu cür adlara tez-tez rast gəlmək olur.
Bəs görəsən, insanlarda bu cür adlara, şöhrətpərəstliyə meyillilik nə ilə bağlıdır? Onlar bunu daha çox pul qazanmaq, pasient cəlb etmək üçünmü edirlər, yoxsa bu yolla özlərini təsdiqləməyə çalışırlar?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış psixoloq Samirə Bağırova bildirib ki, bu, özünü və ətrafını aldatmaqdır:
“Bu məsələ özünü reklam, özünü təsdiqləmək kimi səslənsə də əslində olan, özünü və çevrəni aldatmaqdır. İlk başda müsabiqəyə cəlb edən təşkilatçılar, iştirakçıları şirnikləşdirib aldararaq, mədəni şəkildə gözdən pərdə asaraq pullarını mənimsəyirlər. Daha sonra iştirakçı həkim və ya psixoloq, yaxud sahəsindən asılı olmayaraq, hər kimsə özü- özünü aldadır. Sonra öz pulu ilə aldığı mükafatı reklam edərək tamaşaçını aldadır. Halbuki ilin adını almaq üçün yaşanan bütün emosiyalar üçün pul ödəyib. Bu gün zəncirvari yalandan ibarət bir həyatın içindəyik. Bunun kimi süni reklamlar işgüzar səhər yeməklərinin təşkilində, televiziya kanallarında da geniş yayılıb”.
Psixoloq yerli telekanallarda yayımlanan sosial layihələrdə həkim kimi yer almaq üçün xeyli pul tələb olunduğunu açıqlayıb:
“Məndən Xəzər telekanalında Lalə xanımın verilişində 1 ay ekspert kimi oturmaq üçün 20 min manat, Xoşqədəm xanımın və Zaurun verilişində isə 15-18 min manat pul istəmişdilər. Təkcə bir dəfə verilişdə oturmaq üçün isə 2000-2500 manat ödənilməlidir. Mən başa düşürəm, əgər sən hər hansısa məhsulu reklam etmək istəyirsənsə, bu, normal ola bilər. Kanallara və verilişlərə görə qiymət dəyişir, amma özünü reklam üçün bu pullar kimə gedir? Əlbəttə ki, aparıcıya. Eləcə də tədbir təşkilatçılığından tutmuş, radio və televiziyaya qədər, istər həkim, istər psixoloq, istər qeyri biri - hər kəs özünü reklam üçün pul ödəyir.
Məsələyə məntiqlə yanaşsaq, Azərbaycanda psixoloq tək seanslardan ayına heç 5 min qazanmır axı. Tanınmaq, məşhur olmaq üçün maşınını, qızılını satanlar var. Halbuki pasient qəbul etməyə bir ofisi belə yoxdur. Şəxsən mən heç bir ödənişli tədbirə qatılmıram. Təşkilatçılara da deyirəm ki, “sizi dəvət edirik” deməyin. Deyin ki, ödənişiniz müqabilində iştirak edə bilərsiniz. Həqiqətən qonaq qismində dəvət olunduqda gedirəm. Eləcə də televiziya və radiolara da bu şəkildə gedirəm”.
Psixoloq pul müqabilində hansısa tədbirə, televiziya və ya radio verilişlərinə qatılmadığını qeyd edib:
“Düşünürəm ki, əgər mütəxəssisin işi maarifləndirməkdirsə, niyə mən pul ödəməliyəm ki? Əksinə tədbir təşkilatçısı, televiziya və radio şirkətləri mənə ödəniş etməlidir ki, bilgilərimi paylaşıram və ən dəyərli olan zamanımı xərcləyirəm. Və bu sistem demək olar ki, bir çox ölkələrdə bu şəkildə olur. Yalnız bizim ölkədə həm pul tök oxu, pul tök işə düzəl, pul tök özünü reklam et. Çünki bir çoxumuz sadəcə şöhrətpərəst və ağılsızıq. Sosial şəbəkə dövründə bu cür tədbirlərə qoşulmaq və televiziyaya çıxmaq, sadəcə axmaqlıqdır. Psixoloji tərəfdən isə özü-özünü aldatmaqdır. Mifomaniya - öz yalanına, süni emosiyalarına özü də inanır”.
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər