Türk klubu italyalı futbolçu ilə yollarını ayırıb

img

17-01-2024 [09:08]


Türk klubu italyalı futbolçu ilə yollarını ayırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Fatih Karagümrük" italyan yarımmüdafiəçi Stefano Sturaro ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verib.

Məlumata görə, "Fatih Karagümrük" 30 yaşlı futbolçuya göstərdiyi səylərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, mövsümün əvvəlində adıçəkilən klubla anlaşan Stefano Sturaro "Fatih Karagümrük" forması ilə cəmi 12 oyunda çıxış edib, 1 qol vurub.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq