"Fənərbağça" hücumçusunu icarəyə verib

img

16-01-2024 [00:02]


"Fənərbağça" hücumçusu Umut Nayiri mövsümün sonuna qədər "Siltaş Yapı Pendikspor"a icarəyə verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Məlumata görə, 30 yaşlı Umut Nayiri mövsümün sonuna qədər "Siltaş Yapı Pendikspor"un formasını geyinəcək.

Qeyd edək ki, bu mövsüm “Fənərbağça”nın heyətində 13 matçda forma geyinən Umut Nayir 164 dəqiqə meydanda oynayıb. O, bu dəqiqələrdə qol vura bilməyib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq