"Bakı Metropoliteni" stansiyalarında gedişhaqqını ödəmək üçün yeni sistem yaradılıb
30-12-2023 [13:56]
"Bakı Metropoliteni" QSC-nin bütün stansiyalarında sərnişinlərə QR bilet sistemi ilə gedişhaqqını ödəmək imkanı yaradılıb.
Mia.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, sərnişinlər QR ödəniş üsulundan mobil cihazlarına “BakıKart” mobil tətbiqini yükləməklə istifadə edə bilərlər.
Xatırladaq ki, bu sistem, pilot layihə kimi, ilk dəfə bu ilin sentyabr ayında Bənövşəyi xəttin “Xocəsən” və “8 Noyabr” stansiyalarında tətbiq edilib. Artıq bütün stansiyaların avtomat buraxılış-nəzarət məntəqələrindəki 350-dən artıq qurğuda (turniketdə) texniki işlər tam yerinə yetirilərək proqram təminatını həyata keçirən cihazlar quraşdırılıb və sınaqlar uğurla başa çatdırılıb.
Yeni ödəniş üsulunun üstünlükləri bunlardır:
- kartsız olması “BakıKart” plastik kartını almağa sərf olunan vəsaitə qənaət etməyə imkan yaradır. QR bileti yaratmaq üçün sadəcə mobil telefonun internetə çıxışının olması kifayətdir.
- Vaxta qənaət – artıq “BakıKart” plastik kartının balansını artırmaq üçün yükləmə terminalından istifadə etməyə ehtiyac yoxdur. Sərnişin hesabının balansını rahatlıqla “BakıKart” mobil tətbiqi üzərindən artıra və izləyə bilər.
- Ödəniş tarixçəsinin izlənilməsi – sərnişin tətbiqdə ictimai nəqliyyata sərf etdiyi vəsaiti izləyərək dövri büdcəni hesablaya bilər.
QR bileti “BakıKart” mobil tətbiqini “Google Play” və ya“App Store” platformalarından yükləyərək və qeydiyyatdan keçərək yaratmaq mümkündür. Bu zaman “pul kisəsi”ndə balans ən azı 1 manat artırılmalıdır. Sərnişin yaradılmış QR bileti turniketdə ödəmə displeyinə yaxınlaşdıraraq keçid edə bilər.
QR bilet istifadəçiləri bunları bilməlidirlər:
- QR bilet yalnız bir gediş üçün etibarlıdır;
- QR bilet 5 dəqiqə ərzində etibarlıdır;
- QR bilet üçün “pul kisəsi”ndə 1 manat bloklanır;
- Gediş haqqı bloklanan məbləğdən çıxılır və qalıq məbləğ “pul kisəsi”nə qaytarılır;
- QR biletdən 5 dəqiqə ərzində istifadə edilməzsə, bloklanan məbləğ 72 saat ərzində “pul kisəsi”nə qaytarılır.
Mobil tətbiq istifadəçiləri texniki məsələlərlə bağlı *4343 qısa nömrəsinə və “141” Çağrı Mərkəzinə müraciət edə bilərlər.
Bu ilin iyun ayında avtobuslarda nağdsız ödənişlər üçün “BakıKart” mobil tətbiqi istifadəyə verilib.Bu tətbiq istifadəçilərə asanlıqla səfərlərini planlamaq, “BakıKart” plastik kartlarının balansını artırmaq və gediş haqqını ödəmək imkanları yaradır. Həmçinin istifadəçilər tətbiqdə QR biletlər yarada və QR bilet tarixçələrini görə bilərlər.
Hazırda ictimai nəqliyyatda bütün növ ödəniş vasitələrindən istifadəyə imkan yaratmaq məqsədilə mövcud nağdsız ödəniş sistemi üzərində təkmilləşdirmə işləri aparılır. Sistem yeniləndikdən sonra təmassız texnologiyanı dəstəkləyən, bütün bank kartları və mobil cihazlardan birbaşa ödəniş etmək mümkün olacaq.
2024-cü ilin yanvar ayından bir neçə marşrutda ödənişlərin bank kartları ilə edilməsi sınaqdan keçiriləcək. Sınaqlardan sonra 2024-cü ilin ilk rübünün sonunda müvafiq ödəniş sisteminin tətbiqinə başlanılması nəzərdə tutulur.
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı