“Heydər Əliyev İli”nə həsr olunmuş daha bir kitab nəşr edilib - FOTO
30-12-2023 [11:20]
Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Cavadxan Qasımovun “Heydər Əliyev İli”nə həsr olunmuş kitabı çapdan çıxıb.
Mia.az xəbər verir ki, “Heydər Əliyev və Azərbaycan. Dənizdən 100 damla” adlı kitabda yer almış olan bölümlər Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin keçmiş İttifaq mərhələsini, müstəqilliyin ilk illərində Naxçıvan Muxtar Respublikasında yaşadığı və rəhbərlik etdiyi 1990-1993-cü illəri və xalqımızın səsinə səs verərək Azərbaycan Respublikasında tarixi qayıdışla başlanan rəhbərliyinin ikinci mərhələsinə aid olan 1993-2003-cü illəri əks etdirir.
Kitabda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev yaşadığı mənalı ömrünün bütün səhifələrində xalqımızın xoşbəxtliyi və firəvanlığı üçün həyata keçirdiyi yorulmaz işlər, genişmiqyaslı tədbirlərdən bəhs olunur.
Kitabda Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük inkişaf barəsində geniş məlumatlar verilmişdir. Qeyd olunur ki, tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir.
Kitabda xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyətinin bütün mərhələlərində, o cümlədən, istər keçmiş İttifaq, istərsə də, indiki müstəqillik mərhələlərində həyata keçirilmiş olan yüz tədbir barəsində məlumat verilmişdir. Burada, ötən yüzilliyin 90-cı illərinin əvvəllərində Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olaraq, Naxçıvan Muxtar Respublikasından müdrikliklə başlatmış olduğu iqtisadi islahatlar barəsində də məlumatlar təqdim olunmuşdur.
Kitabda yer almış Heydər Əliyev və dövlət təhlükəsizliyi, milli kimliyin qorunmasi sahəsində tədbirlər, hərbi kadrların hazırlanması, etibarli təhsil və gənc kadrlara sonsuz qayğı, tibb elminin inkişafi sahəsində sistemli işlər, ədəbi irsin qorunması, gənclərə dövlət qayğısı, Naxçıvanın qorunması və inkişafı, Heydər Əliyev və dünya azərbaycanlıları, Azərbaycanın diplomatik uğurları, Heydər Əliyevin neft strategiyası - “Əsrin Müqaviləsi, etibarli investisiya mühitinin yaradılması, İnsan hüquq və azadlıqlarının təmin olunması, elmi tədqiqatlara dövlət qayğısı, milli mədəniyyətin təşəkkül mərhələsi və digər başlıqlı bölümlər Ulu Öndərin misilsiz xidmətlərindən bəhs edən maraqlı yazılardır.
“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çap olunmuş kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Əli Cabbarov
MİA.AZ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı