"TFF prezidenti istefa verməyib"

img

30-12-2023 [10:29]


Ər-Riyadda keçirilməsi nəzərdə tutulan "Qalatasaray" və "Fənərbağça" arasılndakı Super Kubok oyununun təxirə salınmasından sonra Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşinin istefa xəbəri yayılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu iddianı TFF təkzib edib.

Bildirilib ki, Səudiyyə Ərəbistanında təxirə salınan Superkubok matçından sonra TFF prezidenti Mehmet Büyükekşinin səhhətində problem yaranılb: "Ancaq bu, onun istefa verməsi demək deyil. Bu iddialar əsassızdır".

Məlumatda qeyd olunub ki, hazırda Mehmet Büyükekşinin səhhəti qaydasındadır: "O, özünü çox yaxşı hiss edir".

Fərid

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq