“Azəriqaz” İstehsalat Birliyi mükafatlananlar sırasında - FOTO

img

29-12-2023 [13:19]


Laçında aparılan tikinti-quruculuq işlərində xidmətləri olan dövlət qurumları və şirkətlərin mükafatlandırma mərasimi keçirilib.

Mia.az xəbər verir ki, mərasimdə Prezidentin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov, “Bakı Abadlıq Xidməti” MMC, “Laçın Abadlıq Xidməti” ASC, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi, “Azərenerji” ASC, “Azərişıq” ASC, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və bir çox şirkətlərin rəsmiləri iştirak ediblər.

Laçının yenidən qurulmasında, abadlaşdırılmasında və məşğulluğun təmin olunmasında xidmətlərinə görə bir sıra qurumlar, habelə şirkətlər mükafatlandırılıb.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi də Laçının yenidən qurulmasındakı fəaliyyətinə görə mükafatlandırılanlar sırasında olub. Mükafatçılara “Laçın qartalı” heykəli təqdim edilib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR