Bu ölkədəki səfirliyimizə hücum ola bilər – Bakıya ilk siqnal gəldi
28-12-2023 [16:15]
Fransa Azərbaycan səfirliyinin iki diplomatını “arzuolunmaz şəxs” (persona non grata) elan edib.
Rəsmi Paris Bakının fransalı diplomatlara qarşı oxşar hərəkətinə cavab olaraq bu addımı atdığını açıqlayıb. Reallıq isə tamamilə fərqlidir.
Etirazın əsl səbəbi…
Ümumiyyətlə, kimisə “persona non-grata” elan etmək diplomatik münasibətlərdə ev sahibi ölkənin suveren hüququdur. Ev sahibi ölkə səfir və ya digər diplomatlar kimi, diplomatik heyətin üzvünü ətraflı izahat vermədən ölkədən çıxarmaq səlahiyyətinə malikdir.
Lakin rəsmi Bakı Fransa səfirliyinin iki əməkdaşını niyə “persona-non-grata” elan etdiyini arqumentlərlə açıqlayıb. Belə ki, həmin şəxslər diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə arzuolunmaz şəxs elan olunub.
Qərar hər nə qədər diplomatik etiket qaydaları çərçivəsində elan edilsə də, aydın məsələdir ki, Fransa səfirliyinin iki əməkdaşı kəşfiyyat xarakterli əməllərinə, habelə agentura şəbəkəsi ilə təmaslarına görə “persona non grata” elan olunub. Azərbaycan xüsusi xidmət orqanlarının keçirdiyi sonuncu əməliyyatlar nəticəsində Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini icra edən onlarla Fransa xəfiyyəsinin aşkarlanması da bunu təsdiq edir. Bu şəxslərin birbaşa Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) ilə əlaqədə olması, Fransa səfirliyindən koordinasiya edilməsi də aşkarlanıb. Məhz bundan sonra Fransa səfirliyinin iki əməkdaşını nə üçün “persona non grata” elan edildi.
Fransa isə Azərbaycan səfirliyinin iki diplomatını “arzuolunmaz şəxs” elan etməsini arqumentləşdirmir, sadəcə, bunun Bakının fransalı diplomatlara qarşı oxşar hərəkətinə cavab olduğunu açıqlayır. Əslində, Parisin etirazı heç də səfirlik əməkdaşlarının “arzuolunmaz şəxs” elan edilməsinə deyil, Azərbaycan xüsusi xidmət orqanlarının keçirdiyi sonuncu əməliyyatlaradır. Çünki bu əməliyyatlar Fransa kəşfiyyatı və ümumilikdə Parisin nüfuzuna ağır zərbə oldu. Fransa bu fiaskonu çətin ki, asanlıqla həzm edə bilsin.
Parisin cavab addımı
Fransa Prezidenti Emmanuel Makron fiaskonun məsuliyyətini DGSE rəisi Bernar Emyeninin üzərinə atdı və onu vəzifəsindən azad etdi. B.Emyeni Makronun öz kadrı idi və “qara qutu”su hesab edilirdi. Yəni onun vəzifədən getməsi çox ciddi hadisədir.
Paris bu addımla daxili auditoriyanı sakitləşdirdi, lakin Bakıya qarşı daha ciddi tədbirlərin görüləcəyi istisna deyil. Azərbaycan səfirliyinin iki diplomatının “arzuolunmaz şəxs” elan edilməsi ilk siqnaldır. Fransanın prosesi daha da gərginləşdirmə ehtimalları yüksəkdir. Xatırladım ki, 2022-ci il sentyabrın 18-də radikal erməni nümayəndələri tərəfindən Parisdə Azərbaycan səfirliyinə qarşı hücum cəhdi olmuş və nəticədə səfirliyin binasına zərər yetirilmişdi. Anoloji hadisənin yenidən təkrar edilməsi, hətta ermənilərlə yanaşı PKK radikallarının da prosesdə iştirakı mümkündür.
Bütün hallarda bu, ehtimaldır, yəni olmaya da bilər, lakin qabaqlayıcı tədbirlər görməkdə fayda var.
Turan Rzayev
MİA.AZ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı