Kəmaləddin Heydərovun tabeliyindəki qaraşovlar barədə sensasiyalı iddialar yayıldı
28-12-2023 [10:17]
Azərbaycanda yüksək vəzifə tutan məmurların bir çoxunun övladları ilə bağlı mediada zaman-zaman yayımlanan materialların əksəriyyətinin tənqidi xarakterli olması artıq heç kimi təəccübləndirmir. Əksinə, nəzərdə tutulan məmur övladları barəsində ictimiləşən bu və başqa bir məlumatda cəmiyyəti qıcıqlandıracaq elementlərin olmaması möcüzə kimi qarşılanır.
Mia.az Yenicag.az-a istinadla xəbər verir ki, Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov da öz fəaliyyətindən daha çox övladları – Seymur və Vüsal Qaraşovların sayəsində mənfi planda diqqət mərkəzinə düşən yüksək məmurlar sırasında yer tutur.
Görünən budur ki, Prezident İlham Əliyevin məmurlar və onların övladlarının xalqı hiddətləndirən, ciddi narazılıq doğuran yolverilməz davranışlara son qoymalarına dair tələbi Qaraşovlar üçün hələ də aktuallaşmayıb.
Belə olmasaydı, Lənkəran rayon icra başçısının övladlarının adı hələ də medianın tənqidi materiallarının “əsas qəhrəmanları” qismində hallanmaz, onların, xüsusilə də Seymur Qaraşovun vəzifə səlahiyyətlərindən, o cümlədən, atasının yüksək məqam sahibi olmasından sui-istifadə etdiyinə dair iddialar ayaq açıb yeriməzdi. Ümumiyyətlə, başa çatmaqda olan 2023-cü ilin Seymur Qaraşov üçün vəzifə dəyişiklikləri ilə “əlamətdar” olduğu da özəlliklə qeyd edilməlidir.
Çünki Fövqəladə Hallar Nazirliyində (FHN) mühüm karyera irəliləyişinə nail olan – burada kənar amillərin təsirinə toxunmağa ehtiyac görmürük – Seymur Qaraşov son aylarda bir neçə vəzifədə sınanıb. Öncə FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini postuna gətirilən Qaraşov daha sonra nazirliyin Fövqəladə Halların Xəbərdar Edilməsi və Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsinı irəli çəkilib. Ancaq bu qurumun da ikiyə bölünməsindən sonra sadəcə, FHN Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsində qala bilib.
Maraqlıdır ki, qeyd olunan vəzifələrdə çalışdığı müddətdə Seymur Qaraşovun kiçik gəmilərə malik olan fiziki şəxslərin fəaliyyətinə süni əngəllər törətməsi onun haqqında yayılan ən yayğın iddialar siyahısındadır. Gəmilərin texniki baxışdan keçirilməsi, onlara texniki pasportların və idarəetmə vəsiqələrinin verilməsini birbaşa nəzarətə götürən Qaraşovun bu məsələlərin həllini özünün şəxsi maraqları prizmasından “həll etdiyi” iddia olunur. Eyni zamanda, Seymur Qaraşovla əlaqədar iddiaların başqa ciddi “halqa”sı isə onun nazirlikdə elan olunan müxtəlif tenderləri yaxın çevrəsinə daxil olan şirkətlərin udmalarını təmin etməsidir.
Dövlət Yanğın Xidmətində isə vəziyyət daha fərqlidir. Belə ki, xidmətdən keçən obyektlərin istismarı üçün qəbul aktının verilməsi üçün müraciət edən iri obyekt və yaşayış binaları Seymurun qardaşı olan, əvvəllər FHN-in təftiş idarəsində rəis müavini işləmiş və sonradan ailəsinin tikinti biznesinə nəzarət etmək üçün işdən ayrılan Samir Qaraşov tərəfindən tənzimlənir. Çünki o da Bakının müxtəlif yerlərində bina tikintisi ilə məşğul olur. Tikinti sferasında olan əksər sahibkarlar tərəfindən tanınan Samir həm öz ailə biznes imperiyasını gücləndirir, həm də bunu bilən ətraf tikinti şirkətləri FHN-dən “keçmək” işini Samir vasitəsi ilə həll edirlər.
Eyni zamanda, Taleh Qaraşovun FHN sistemində çalışan digər oğlu, bu ilin aprelinə qədər sözügedən nazirliyin Maliyyə Baş İdarəsinin nəzdində Nəzarət-Təftiş İdarəsinin rəis müavini vəzifəsində çalışan Samir Qaraşovun da fəaliyyətdə olduğu dövrdə vəzifə səlahiyyətlərini aşmasına dair çoxsaylı iddialar irəli sürülür. Onun haqqında ictimailəşən iddiaların əsas hissəsi Samir Qaraşovun vəzifədə olarkən istifadəyə verilən müxtəlif təyinatlı obyektlərin istismara qəbulu üçün müvafiq aktların verilməsində “mühüm rol oynaması” ilə bağlıdır. Yeri gəlmişkən, onun hazırda Qaraşovlar ailəsinə məxsus inşaat biznesinin idarəetməsi ilə məşğul olduğu deyilir.
Hər halda, özünü “seçilmişlər” sırasında gördüyün təsəvvürü yaranan Qaraşovların bu əməllərinin daha nə qədər davam edəcəyi hələ ki ,qeyri-müəyyəndir.
Mənbə: YENİCAG.AZ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı