Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
28-12-2023 [00:01]
Qoç - Səhər saatları danışıqlar və privat söhbətlər üçün əlverişli deyil. İşdə rəhbərliklə nəyisə müzakirə etməyə çalışmayın. Hüquqi məsələlərin həllini ertələyin.
Günün ikinci yarısında yeni məlumat və ya xəbər ala bilərsiniz. Maraqlandığınız işlə məşğul olmaq üçün əlverişli zamandır. Axşam saatlarına yaxın xatirələr yada düşəcək. Bir zamanlar sevdiyiniz filmə yenidən baxmaq olar. Sevdiyiniz insanla münasibətləri möhkəmləndirin.
Buğa - Səhər saatlarından etibarən önəmli, vacib məsələlərin həllinə başlayın. Diqqətli olun. Kənar təsirlərə uymayın. Məhsuldar çalışmaq üçün bir işi yarımçıq qoyub başqasına start verməyin. Fəaliyyətinizi ciddi planlaşdırın, addımlarınızı müəyyənləşdirin.
Günün ikinci yarısında həssaslıq və sentimentallıq ifrata çatmasın. Dəstəyə, yaxşı məsləhətə ehtiyacınız var. Qohumlar və dostlarla dil tapmaq olar. Əhvalınızı yaxşılaşdırmaq üçün axşam saatlarında normal əylənin.
Əkizlər - Davranışınız laübəli, təlatümlü olmasın. Kiçik problemlər və maneələr ifrat emosional reaksiyaya rəvac verə bilər. Əhvalınızdan asılı olaraq planlarınızı sürətlə, tez-tez dəyişməyin. Diqqətsizlik sonradan ağır fəsadlara səbəb olacaq addımlara rəvac verməsin.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə həssas, sayıq davranın, həddən artıq tələbkar olmayın. Emosiyalarınızın öhdəsindən gəlin. Anlamlı olun, dəyər verdiyiniz insanların qayğısına qalın.
Xərçəng - Günün ilk yarısı yaxşı xəbərlər və müsbət dəyişikliklər vəd edir. Çoxdan bəri planlaşdırdığınız işi reallaşdıra bilərsiniz. Mövqeyinizi möhkəmləndirin, nüfuzunuzu artırın. Yeni dostlar tapa bilərsiniz. Fəaliyyət istiqamətində innovasiyalar üçün əlverişli gündür.
Günün ikinci yrısında alış-verişdə diqqətli olsanız, yaxşı nəticələr istisna deyil. Şəxsi münasibətlərdə situasiya pis deyil. Şansı əldən verməyin. Əks cins mənsubunun diqqətini cəlb edə bilərsiniz. Axşam saatlarını yaxınlarınıza həsr edin.
Şir - Günün ilk yarısında intuisiyanıza inanın, problemlərdən hifz olunmağa çalışın. Ünsiyyətdə insan psixologiyasının təməl motivlərini unutmayın. Asılı olduğunuz insanlarla təmaslarınızı aktivləşdirin. Səbirli olun.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla münasibətləriniz pis olmayacaq. Stabil münasibətlər arzulayırsınızsa, bəxtə bel bağlamayın, fatumdan asılı olmayın. Axşam saatları romantik hisslər vəd edir.
Qız - Günün ilk yarısında sakit şəraitdə fəaliyyət göstərin. Fiziki hərəkətlərə vaxt ayırın. Ağır işdən çəkinməyin. Yeni işlərə başlamaq olar. Əməkdaşlıqla bağlı müzakirələr aparın.
Günün ikinci yarısında perspektiv hesab etdiyiniz sahəyə və ya layihəyə sərmayə yatırmaq olar. Dəyər verdiyiniz insanın qədrini bilin. Çətin situasiyada dürüst seçim etməyi bacarın. Fikir ayrılıqları olsa da, sizi birləşdirən dəyərlər çoxdur.
Tərəzi - Uğur əldə etmək üçün həlledici amil kənar təsirlərə uymamaqdır. Xoşagəlməz işlərlə məşğul olmaq zərurəti yaranarsa, situasiyanı təhlil edin. İşlər ağır olsa da, onları başa vurmaq lazımdır. Kimsə əvəzinizə işləyən deyil. Səbirli, soyuqqanlı olun.
Günün ikinci yarısında yaşam arealında qayda yaradın. İş yerində adekvat olun. Axşam saatlarında tənhalığa can atmayın. Dostlar və yaxınlarla istirahət məsləhətdir.
Əqrəb - Günün ilk yarısını vurnuxma olmadan, tələskənliyə yol vermədən keçirin. İrəliləyişə imkan verəcək azsaylı şanslardan yararlanın. Məqsədə doğru aparan yolda yeganə maneə yalnız tənbəlliyiniz ola bilər. İnert, süst, passiv olmayın. Astagəllik etməyin.
Günün ikinci yarısında qəfil gəlir əldə edə bilərsiniz. Uzun müddətdən bəri istifadə etmədiyiniz əşyadan qurtulun. Bu minvalla kiminsə problemlərini həll edə bilərsiniz. Axşam saatları görüş, danışıqlar və müzakirələr üçün əlverişlidir.
Oxatan - Günün ilk yarısında mühüm işə başlamayın. Fəaliyyət sahəsində və şəxsi münasibətlərdə təşəbbüskar olun. İdeyalarınız dəstəklənəcək. Sizə yardım etmək istəyənlər var. Dostlar və tanışlarla normal danışın, emosiyalara qapılmayın.
Günün ikinci yarısında vədlərdən birini reallaşdırmaq gərəkdir. Öhdəlikləri unutmayın. Tanışlarla birgə fəaliyyət sayəsində həllini gözləyən problemi çözmək olar. Axşam saatlarında internetdən istifadə edərək gərəkli məlumatı tapa bilərsiniz.
Oğlaq - Özünüzü tənha hiss etməyin, bədbinliyə qapılmayın. Münaqişə və ya mübahisələrdən uzaq olmağa çalışın. Əsəblərinizi qoruyun. Planlaşdırılmamış xərclərə yol verməyin.
Günün ikinci yarısı işgüzar fəaliyyət üçün daha əlverişlidir. Ünsiyyət yeni tanışlıqları ehtiva edir. Yaxınlarınızdan mənəvi dəstək istəməkdən çəkinməyin. Onlar sizə yardım edəcəklər. Axşam saatlarını sakit şəraitdə keçirin.
Dolça - Yaxın ətrafınızdakı insanların emosional durumlarına fikir verin. Müşahidələrdən istifadə edərək problemlərin qeyri-adi həllini tapa bilərsiniz. İşgüzar intuisiyanız iti olsun. Pullarınızı boş işlərə xərcləməyin. Maliyyə vəsaitinizin qədrini bilin. Uğur qazanmaq üçün novasiyalardan, yeniliklərdən bəhrələnin. Riskdən qorxmayın.
Günün ikinci yarısında yaxınlarınızdan biri problemlə üzləşəcək. Həmin şəxsə yardım edin. Subaysınızsa, aradığınız insanla qarşılaşa bilərsiniz.
Balıqlar - Potensial və imkanlarınızın qədrini bilin. Mənasız işlərlə məşğul olmayın. Bilikləriniz və təcrübənizdən maksimum bəhrələnin. Yaradıcılıq imkanlarının nümayişi üçün əlverişli zamandır. Hadisələrin axarına müdaxilə gərəkdirsə, bunu təxirə salmayın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə eqoist motivlərə qapılmayın. Sevdiyiniz insanı qısqanmayın. Şübhələr, qısqanclıq pis fəsadlara səbəb ola bilər. Axşam saatlarında normal istirahət edin.
Milli.Az
Sabahın hava proqnozu açıqlandı
AZAL-ın qəzaya uğrayan təyyarəsinin “qara qutusu" haqda - Açıqlama
Səhiyyə Nazirliyi və TƏBİB qəzaya uğrayan təyyarədə yaralananlarla bağlı birgə məlumat yayıb
Hikmət Hacıyev Belarusun Azərbaycandakı səfiri ilə görüşüb
Keçmiş mətbuat katibi yeni vəzifəyə təyin olunub - AHİK sədri keçmiş iş yoldaşına yüksək vəzifə verdi
Tender dələduzlarına qarşı qanun sərtləşir
Nazirlər Kabinetinə əlavə səlahiyyət verilir
Mətbuatın 150 illik yubileyi: kimlərə medal veriləcək? - FOTO
Kanadadan Trampa xəbərdarlıq: "Tarif artırmaq qərarının cəzasını amerikalılar çəkəcək"
Müğənni və aktrisaları ətrafına yığan PR menecer qandallandı - Ərdoğanı devirmək istəyirmiş...
Akşenerdən vitse-prezident postuna təyinat alacağı haqda xəbərə reaksiya: "Bizim belə bir gündəmimiz yoxdur”
Xidmət qalmaqallı şirkətlə 30 milyonluq anlaşma imzalayıb
Azərbaycan neftinin qiyməti açıqlandı
Səyyad Aran: "O vəziyyətdə 5 saat çıxış etdi, proqramı açıqladı, bizim vəzifələrimizi başa saldı" - MÜSAHİBƏ
Trampdan Putin və Çin liderinə mesaj: "Bu savaş bitməlidir..." - "Rus xalqı böyük xalqdır, rusları sevirəm"
“Avrora” işçilərin maaşını vermir? - Məhkəmə işi
UEFA Avropa Liqası: "Fənərbağça" şansını son oyuna saxlayıb
Osimhen İstanbulda rüşvət təklifini rədd edən jurnalistləri döydü: "Görüntünü sil, yoxsa sizi məhv edərəm" - FOTO
İsrailli radikallar fələstinli fermerin zeytun ağaclarını kəsiblər
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hərbçimiz atəş nəticəsində ölüb - Hərbi Prokurorluq açıqlama yaydı
Avropa Liqası: "Qarabağ"ın növbəti mərhələyə çıxma şansı qalmadı
Rusiya XİN sözçüsü: "Tramp Baydenin səhvlərini düzəltməlidir"
İstefa verən nazirin yerinə təyinatı olub
TRAMPIN RUSİYA VƏ ÇİN PLANI: iki nəhəngdən biri pul, biri isə silahla danışmağı sevir
Tramp Davos Forumunda: "Biz neftin qiymətini düşürəcəyik və..."
Avropa Liqası: “Qarabağ” - FCSB oyunun start heyətləri açıqlanıb
RƏSMİ MOSKVADAN TRAMPA AÇIQ MESAJ: "Yalnız bərabər şərtlərlə dialoqa hazırıq" - "Rusiya qarşı addımları cavabsız buraxmayacağıq"
Tibb Universiteti və klinikasının vergi borcları var
Biləsuvarda milyonlar hesabına başa gələn beton kanaldakı "körpü" götürüldü - Rəsmi reaksiya + VİDEO (YENİLƏNİB)
Pakistanın baş naziri Ərdoğana başsağlığı verib
Qəzzada dağıntılar altından 120 cəsəd çıxarılıb - Son 24 saatda
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İordan çayının qərb sahilində gərginlik: daha 27 nəfər tutulub
Eldəniz Mehrəliyev və Elnur Məmmədov saxlanılıb
Bu gün Bakı metropolitenində iş vaxtı uzadılacaq
Korrupsiya haqqında qanun dəyişir - DETALLAR (YENİLƏNİB)
“Hərbi qulluqçuların statusu haqqında” və ilkin hərbçi çağırışla bağl qanunlar dəyişir - Nələr olacaq? (YENİLƏNİB)
İsrailin Cen şəhərinə hücumu davam edir - İki nəfər güllələnib
Teleaparıcı Vüsalə bahalı evindən görüntü yayıb - VİDEO
GENERALA YENİ VƏZİFƏ VERİLDİ - MN-də dəyişiklik
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək - Şərtlər