İdarə rəisi Sirac Əliyev, müavini, keçmiş əməliyyatçı və... - Cavid Qurbanovun əmisi oğlu axtarışa verildi (Prokurorluqdan açıqlama)
27-12-2023 [23:53]
Əvvəllər polis orqanlarında çalışmış, hazırda həbsdə olan İlkin Babayevin anası oğlunun qanunsuz saxlanıldığını iddia edir.
Mia.az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən İ.Babayevin anası Solmaz Zeynalova bildirib ki, oğlu 2016-cı ilə qədər Səbail RPİ-nin 39-cu Polis Bölməsində əməliyyat müvəkkili işləyib.
Qadının sözlərinə görə, sonra polisdəki işindən çıxarılan İ.Babayev yaxın dostu Nahid Şəmşirovun işlərini görməyə başlayıb: “Oğlum hazırda nazir müavini olan Cavid Qurbanovun əmisi oğlu Nahid Şəmşirovla 15 ildən də çox müddətdə “dostluq” edib. Nahidin əlaqələri geniş olduğundan dəfələrlə müxtəlif işlər görüblər. Belə deyək də, Nahidin tapşırıqlarını yerinə yetirib. Bu ilin fevralında isə oğluma hər hansı cinayətdə iştirakı olmadığı halda Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elən etməklə onu həbs ediblər. Halbuki bütün işləri Nahid Şəmşirov planlaşdırıb və həyata keçirib, pulları da o alıb”.
Şikayətçi deyir ki, cinayət işi üzrə əsas adam Nahid Şəmşirov olsa da, o, məsuliyyətə cəlb edilmir: “Oğlum Babayev İlkin Əbüfəz oğlu ötən il fevralın 2-də Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edildi. Belə ki, cinayəti törədən şəxs Cavid Qurbanovun əmisi oğlu Nahid Şəmşirovdur, onun qardaşı Nicat Şəmşirov hüquq-mühafizə orqanlarında çalışır. Nahid Şəmşirov bir neçə vətəndaşa qardaşının yüksək vəzifədə çalışdığını və onların işlərini müsbət istiqamətdə həll edəcəyini vəd edərək rüşvət qismində külli miqdarda pul alıb. Bu işdə mənim oğluma məxsus mobil telefon nömrəsindən istifadə edilib. Oğlum yaxın dostuna telefonunu verib. Nahid Şəmşirova rüşvət verən şəxslər isə Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin rəisi Sirac Əliyev və müavini Xəlil Qasımovdur”.
S.Zeynalova əlavə edib ki, cinayət işinin materialları arasında cinayəti Nahid Şəmşirovun törətməyi ilə bağlı kifayət qədər sübut və dəlillər mövcuddur: “4 fevral 2023-cü il tarixdə Binəqədi Rayon Məhkəməsində hakim Fərid Əmrəliyevin sədrliyi ilə keçirilən sanksiya məhkəməsi zamanı Korrupsiyaya qarşi Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun imzası ilə daxil olan təqdimatda açıq-aşkar Nahid Şəmşirovun bu cinayəti törətməsi göstərilsə də, əvəzində oğlum İlkin Babayev həbs edildi. İşi aparan müstəntiq Nicat Şəmşirovun tapşırığı və təzyiqi ilə uzun müddət onun qardaşı Nahid Şəmşirovu cinayət işinə cəlb etməyib. Yalnız 3 ay 7 gündən sonra işə kağız üzərində cəlb edilib və barəsində guya axtarış qərarı çıxarılıb. Hazırda Nahid Şəmşirovu guya axtarırlar. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2, 310, 324, 312.2-ci və digər maddələrlə iş olsa da, məsuliyyətdən yayındırılır. Artıq oğlum 11 aya yaxındır həbsdə saxlanılır, cinayətin əsas təşkilatçısı və iştirakçısı isə azadlıqda gəzir”.
Həbsdə olan şəxsin anası bildirib ki, oğlu İlkin Babayevin 3 azyaşlı övladı var və onlardan biri uzunmüddətli xəstəlikdən əziyyət çəkir: “Aidiyyəti qurumlardan, dövlət rəhbərliyindən xahiş edirəm, bu məsələni diqqətdə saxlasınlar və həqiqətin üzə çıxmasına, cinayəti törədən əsas şəxsin tutularaq məsuliyyətə cəlb edilməsinə köməklik etsinlər”.
Əldə etdiyimiz məlumata görə isə Nahid Şəmşirov hazırda ölkə hüdudlarından kənardadır.
***
Xəbər verdiyimiz kimi, əvvəllər polis orqanlarında çalışmış, hazırda həbsdə olan İlkin Babayevin anası oğlunun qanunsuz saxlanıldığını iddia edir.
Belə ki, İ. Babayevin anasının sözlərinə görə, oğlunun həbs edildiyi cinayət əməli ilə bağlı əsas iştirakçı Nahid Şəmşirovdur.
Bununla bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab verilib.
Bildirilib ki, İlkin Babayev və Nahid Şəmşirovun digər şəxslərlə qabaqcadan əlbir olub özlərini müxtəlif dövlət orqanlarının əməkdaşları kimi təqdim edərək vəzifəli şəxs kimi geniş əlaqələrə malik olduqlarını yalandan bildirib dələduzluq yolu ilə 7 nəfər şəxsin ümumilikdə 245 min manat pulunu ələ keçirmələri faktı üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq istintaq aparılıb: "İlkin Babayev barəsində ibtidai istintaq tamamlanaraq iş baxılması üçün məhkəməyə göndərilib. Nahid Şəmşirov isə Cinayət Məcəlləsinin müvafiq maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib və ölkə hüdudlarından kənarda olduğundan, barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə qiyabi həbs qətimkan tədbiri seçilərək axtarışa verilib. Hazırda onun saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, Nahid Şəmşirov rəqəmsal inkişaf və nəqliyat nazirinin müavini Cavid Qurbanovun əmisi oğludur.
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı