Ukrayna MN: "Rusiya bu gecə 46 "Şahed"lə ərazimizə hücum edib, onlardan..."

img

27-12-2023 [11:08]


"Rusiya bu gecə 46 "Şahed" tipli PUA ilə Ukrayna ərazisinə hücum edib".

Mia.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu məlumatı Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı yayıb.

Qeyd olunub ki, Rusiya əsasən, Krım və Krasnodar vilayətindən Ukraynaya hücuma keçib: "Ukrayna hava hücumundan müdafiə vasitələri Nikolayev, Odessa, Xerson, Dnepropetrovsk, Vinnitsiya, Zaporojya, Xmelnitski və Kirovoqrad bölgələrində 46 Rusiya İHA-nın aşkar edirək, onlardan 32-ni məhv edib".

Xəbərə görə, PUA-lar əsasən, cəbhə xəttinin yerləşdiyi əraziləri hədəf alıb.

Məlumatda itkilər barədə informasiya verilməyib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq