Saleh Məmmədov Araz Bəndəliyevi vəzifədən azad edib - Təyinat

img

27-12-2023 [10:43]


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “14№-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Araz Bəndəliyev vəzifəsindən azad edilib.

Məlumata görə, şirkətə rəhbərlik Qismət Quliyevə həvalə olunub.

Xatırladaq ki, “14№-li Xüsusi Təyinatlı Yol İstismarı” şirkəti 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 56 milyon 862 min 702 manatdır(Report).

Onu da xatırladaq ki, Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovdur.


Digər xəbərlər
SON XƏBƏRLƏR