"Qəzetin var?..." - "Poz-qazan"ın əndrabadi reklam oyunu narazılıq yaratdı 

img

27-12-2023 [00:21]


"Səhər radioda belə bir reklam verirdilər:

- Qəzetin var?

- Şad xəbərim var, dayı! İndi "Poz-qazan" lotereya kuponlarını şəhərin bütün köşklərindən əldə edə bilərsiniz".

Mia.az xəbər verir ki, bunu sosial media heabında jurnalist Cavid İsmayıl yazıb.

O, daha sonra belə davam edib: "Azərbaycanda qəzetçiliyə bundan gözəl Fatihə ola bilməzdi. Özü də peşəkar aparıcımız Tural Əsədovun ecazkar səsi ilə...".

Onun bu paylaşımına ölkənin bəzi tanınmış imza sahibləri sərt reaksiya veriblər.

Mia.az onu da xatırladır ki, "Azərlotereya"ya aid olan Poz-qazan", "Misli" kimi mərc oyunlarının əndrabadi reklamları adiləşib. Qurumun hətta rəqibərinə qarşı qara PR üslubu da maraqlıdır.

Bu və ya digər məqamlarla bağlı araşdırmalarımız davam edir.

Samir

MİA.AZ 


Digər xəbərlər
SON XƏBƏRLƏR