Silahlılar kəndlərə hücum edir, evləri yandırır, qətliamlar törədirlər - Nigeriyada ölənlərin sayı 115-ə yüksəlib

img

27-12-2023 [09:02]


Nigeriyanın Plato əyalətində silahlı şəxslərin kəndlərə hücumu davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Nigeriyanın Plato əyalətində silahlı şəxslərin kəndlərə son iki gündəki hücumları nəticəsində ən azı 115 nəfər öldürülüb, 200-dənçox yaralı var.

Məsələ ilə bağlı yerli telekanallara açıqlama verən əyalət rəhbəri Caleb Mutfvanq bildirib ki, yaraqlılar son gündə 15 kəndə qəfil hücum ediblər: "115 nəfərdən çox insan öldürülüb, çoxlu sayda yaralı var. 221 evin yandırılıb, xeyli ərzaq məhsulları oğurlanıb...".

Məlumata görə, bölgədə bir neçə gün əvəvl xristina fermerlərlə müsəlman çobanlar arasında da toqquşma olub və nəticədə 15 nəfər ölüb.

Firudin Səfərli

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq