Qaz limitləri nə vaxt yenilənəcək? - “Azəriqaz” İB-nin şöbə rəisi açıqladı (VİDEO)
26-12-2023 [16:03]
Limitlərin yenilənməsi və digər məqamlarla bağlı SOCAR-ın “Azəriqaz” İB-nin şöbə rəisi Eldəniz Vəliyev açıqlama verib.
Mia.az xəbər verir ki, o, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə - saat 00:00-dan Azərbaycanda smart-kart tipli qaz sayğaclarının avtomatik yenilənməsi həyata keçiriləcəyini vurğulayıb.
Eldəniz Vəliyev bildirib ki, dekabrın 31-də gecə saat 12-dən sonra sayğaclara ödəniş olursa, abonentlər 12 qəpiklik tariflə, yəni 1 200 kubmetr limitinə əsasən qaz alacaqlar.
E. Vəliyev deyib ki, mexaniki, yəni sonradan ödəniş edilən sayğaclar isə yanvarın 5-6-da yeniləcək: “Bu da bəzi hallarda abonentlərin evdə olmaması, bayram günlərində qonaq getməsi və sairə istisnalarla bağlı ola bilir. Bu səbəbdən də yenilənmə bu tarixə qədər çəkə bilir. Lakin, abonentlərin narahatlığına əsas yoxdur. Çünki hər bir abonentin 365 gün müddəti qorunur. Yəni, əgər bu il yanvarın 5-də abonentin mexaniki sayğacının yenilənməsinə təsadüf edibsə, deməli, növbəti 365 gün, növbəti ilin yanvarın 5-nə qədər abonent həmin limitlə “mavi yanacaq”dan istifadə edə biləcək”.
“Azəriqaz” rəsmisinin sözlərinə görə, bəzi abonentlər düşünürlər ki, onun sayğacı üzərində bütün rəqəmlərin hamısı sıfırlanmalıdır: “Bu belə deyil. Bu prosesin adı sıfırlanma deyil, yenilənmədir. Hətta bəzi smart-kart tipli sayğacların istifadəçisi olan abonentlər düşünürlər ki, “Azəriqaz”ın əməkdaşları həmin dövrdə onun ünvanına gedib sayğaca baxış keçirmirlər. Burada ünvana da getməyə ehtiyac yoxdur. Çünki, dekabrın 31-də smart-kart tipli sayğaclar avtomatik olaraq gecə saat 00:00-da yeniləcək. Bu proseslər avtomatik icra olunur”.
“Azəriqaz” rəsmisi mexaniki tipli sayğac istifadə edən abonentlərə müraciət edərək xahiş edib ki, bayram günlərində “Azəriqaz” əməkdaşlarına sayğacların yenilənməsini həyata keçirmək üçün şərait yaratsınlar, onların normal işləmə şəraitini təmin etsinlər ki, proses vaxtında başa çatsın.
Qurum rəsmisi qaz istifadəsi limitini keçən abonentlərin hesablarında qalan qazın aqibətinə də aydınlıq gətirib: “Misal üçün, 20 və yaxud 25 qəpikdən bir kubmetr qaz alan smart-kart tipli sayğaclar üçün abonentlər qaz alıbsa, artıq o həcmdə pulu kartına yükləyibsə, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə onun sayğacı yenilənməyəcək. Yəni, qazın istifadə dəyərinin 12 qəpiyə düşməsi onlara aid deyil. Yəni, abonentlər dekabrın 31-nə qədər qazı hansı tariflə alıbsa, həmin tariflə də qazdan istifadə edəcək. Abonent aldığı qazın istifadəsi bitdikdən sonra yeni aldığı təbii qazı yeni tariflə, yəni 12 qəpiklə istifadə edəcək".
Qurum bir daha abonentləri əmin edib ki, bayram günlərində qazın verilişində heç bir problem olmayacaq. “Azəriqaz” istehsalat Birliyi bu bayram günlərinə də digər bayram və xüsusi günlərdə olduğu kimi çox mükəmməl şəkildə hazırlaşıb, davamlı və təhlükəsiz təbii qazın abonentlərə çatdırılması xidmətini göstərə biləcək.
2021-ci il oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrə qədər və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişməyib və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.
Mia.az şöbə rəisinin videoçıxşını təqdim edir:
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ