Türkiyədə daha bir baş məşqçi istefaya göndərildi

img

26-12-2023 [14:58]


Türkiyədə daha bir baş məşqçi istefaya göndərilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Trendyol 1-ci Liqa komandalarından olan "Manisa"nın baş məşqçi Osman Özköylü və klubun icraçı  direktoru Nderim Nexhipi ilə yolları ayrılıb.

Klubdan verilən açıqlamaya görə, hər iki şəxslə müqaviləyə xitam verilib.

Qeyd edək ki, Osman Özköylü ilə 8 matça çıxan "Manisa" 3 heç-heçə edib, 1 qələbə qazanıb, 4 matçda isə məğlub olub.

Fərid

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq