“Gold Qayalı, “Hiper”, “Kontakt Home”, “Brend House”, Soliton.... - Sumqayıtda mərkəzi yolda keçid problemi (VİDEO) -YENİLƏNİB
27-12-2023 [16:03]
Sumqayıtda 13-cü mikrorayon ilə 10-cu mikrorayon arasından keçən Babək küçəsi böyük küçə olmasa da piyadalar, elə sürücülər üçün də şəhərin ən təhlükəli küçələrdən biridir.
Mia.az-ın məlumatına görə, buna səbəb bir tərəfdən Ü.Hacıbəyov ilə, digər başdan isə Niyazi küçəsi ilə kəsişən küçənin hər iki tərəfində düz yolun hə iki kənarında iri ticarət mərkəzlərinin – “Gold Qayalı, “Hiper”, “Kontakt Home”, “Brend House”, Soliton mağazalarının, yanacaqdoldurma stansiyasıyasının, “Xəlifə” şadlıq sarayı “Şərq” Ticarət Mərkəzi, çoxsaylı, dükanların, kafelərin, çayxanaların olmasıdır.
Dövlət idarələrinin, yaşayış binalarının, dayanacaqların, marşrutların çoxluğu da təbii ki, ərazini gedişli-gəlişli edir. Əvvəllər, bir 30 il qabaq 10-cu mikrorayon tərəf tam boşluq idi. Lakin sonralar yolboyu hər qarış satıldı və indi bu ərazilər addımbaşı iri obyektlər tikilib zəbt olundu.
Bu yolda piyadaların təhlülkəsizliyi lazımınca təmin olunmur. Küçənin sonunda, Nizami küçəsi ilə kəsişilən yerdə və ortasında işqfor var, amma bu da kömək olmur.Çünki işqforlar əsas problem mənbələrindən-supermarketlərdən sonra qoyulub. Buranı rahat keçmək olmur. Piyadalar üçün bu yoldan keçmək əməlli-başlı ekstrimdir, onlar yolu “Allaha təvəkkül” deyib keçirlər. Bu yolda, ələlxüsus axşam, pik saatlarında- insanların alış-verişə axışdığı vaxtrlarda hər şey sürücülərin sayıqlığından, maşınlarını təcrübəli idarəetməsindən və piyadaların həddən artıq diqqətli olmasından asılıdır.Əks halda faciə qaçılmazdır.Təsadüfi deyil ki, intenetdə bu küçənin adını vursaz burada ölümlə, xəsarətlə, maşınların bir-binə dəyib zədələnməsi ilə bağlı çoxlu sayda qəzaların olması haqda oxumaq olar. Küçədə mövcud olan piyada keçidləri isə təhlükəsizliyi təmin etməyə kifayət etmir.
Nahaq yerə psixoloji olaraq gərgin olan bu yolu ölüm küçələrindən biri adlandırmırlar.
Axşam-pik vaxtı buradakı xaos, siqnal səsləri mətbuatda deyildiyi kimi Hindistanın küçələrini xatırladır.
Burada maşınların intensiv hərəkəti, alıcların isə böyük ticarət mərkəzində alış-veriş etdiyi vaxt piyadalar üçün bu yol stress yaradır. Üstəlik bu küçənin hər iki tərəfindən çoxlu sayda marşrut avtobusları işləyir .
Buranı sağ-salamat keçmək böyük bacarıq, fərasət tələb edir
Birincisi burada, yolun düz kənarında böyük super marketlər tikilməsinə icazə verməməli idi. Çünki bu şəhərsalmanın standartlarına və tikinti normativlərinə qətiyyən uyğun deyil.
Sonra isə çıxış yolu kimi supermarketlərdən əvvəl, Üzeyir Hacıbəyov küçəsi tərəfdən işqfor quraşdırmaq lazımdır ki, problem konkret həll olunsun. Bundan başqa ərazidə parkint etməyi qadağan etmək, parkinqə görə cərimə tədbiq etmək lazımdır.
Gərginlik yaradan səbələrdən biri də burda çoxlu sayda taksilərin, adi avtomobillərin yolun kənarlarını zəbt etməsidir. Sürücülər burda dayanma və durma qaydalarını pozur.
Marketlər normalda avtomobillər üçün yanda və ya arxa tərəfə parkinq üçün çırait yaratmalıdır.Neçə ki,bəzi marketlər bunu edib. Onlar isə əksinə yolu zəbt edilməsinə şərait yaradırlar. Sahibkarlar özləri də marağında olmalıdır ki, alıcıları əziyyət çəkməsin, ticarət mərkəzlərinə rahat gəlib-gedə bilsinlər. Onlar kiminsə ölməsinə,yaralanmasına, şikəst olmasına səbəbkar olmamalıdırlar.
Qaydalara görə əgər yaşayış məntəqələsində olan keçidlərdə nəqliyyat vasitələrinin hərəkət şiddət 300 avtomobil/saat, piyadaların hərəkət şiddəti 3000 piyada/saat və yolun nəqliyyat hissəsi 14 metrdən çox olarsa, orada yerstü piyada keçidi tikilə bilər. Qeyd olunan ərazidə bu şərait yoxdur. Bu barədə mütəxəssislərə qulaq asmaq olar.
Hər bir halda insanlar yolu qorxa-qorxa yox, rahat keçməlidirlər və bu onların haqqıdır və onların təhlükəsizliyini təmin etmək müvafiq qurumların borcudur.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən Mia.az-a bildirilib ki, məələ ilə bağlı aidiyyatı qurumlara məlumat veriləcək və zəruri tədbirlər görüləcək.
Hüseyn Məmmədov
MİA.AZ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı