Qarsda 80 tələbə zəhərlənib - Yataqxanada

img

25-12-2023 [09:14]


Türkiyənin Qars şəhərində yataqxanada yaşayan 80 tələbə xəstəxanaya aparılıblar.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, şəhərin Kağızmanlı rayonunda yerləşən tələbə yataqxanasında qalan yerli universitet tələbələri səhər saatlarında qarın ağrısı, ürəkbulanma və qusmadan şikayət etməyə başlayıb.

Məlumata görə, onlar yataqxanada verilən axşam yeməyindən zəhərləniblər: "Qidadan zəhərlənən 80 tələbə təcili yardım maşınları ilə Dövlət Xəstəxanasına aparılıblar. Onlardan bəziləri bri neçə saatdan sonra buraxılıb, 50-yə yaxın tələbə isə stasionar müalicəyə götürülüb. Faktla bağlı araşdırma aparılır. Artıq yataqxanadakı yeməklərdən nümunələr alınıb".

Firudin Səfərli

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq