74-cü dəqiqədə meydanı tərk edən komanda cəzalandırıldı: texniki məğlubiyyət, 3 xal silinmə və...

img

25-12-2023 [09:05]


Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar Futbol İntizam Komitəsi (PFDK) “İstanbulspor”a cəza yağdırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, dekabrın 19-da “Trabzonspor”la oyunun 74-cü dəqiqəsində hakim qərarlarına etiraz olaraq klub prezidenti futbolçuları meydandan çıxarıb.

Həmin vaxt hakim 87-ci dəqiqəyədək oyunçuların geri dönməsini gözləsə də, klub prezidenti inadından dönməyib.

TFF bu hadisə ilə bağlı “İstanbulspor”a cəza yağıdran qərar verib.

TFF-nin açıqlamasına görə, "İstanbulspor"a 3:0 hesablı texniki məğlubiyyət verilməklə bərabər, xalından 3 xal da silinib.

Bununla yanaşı, klub prezidenti Ecmel Faiq Sarıalioğlu komandanı meydandan çıxararaq idmana yaraşmayan hərəkətləri səbəbindən 90 gün müddətinə hüquqlarından məhrum edilib, ona 780 min lirə cərimə yazılıb.

TFF "İstanbulspor"un növbəti ev oyununda azarkeşsiz meydana çıxmasına qərar verib.

Onu da qeyd edək ki, "İstanbulspor" ötən gün "Sivasspor"a uduzub - 0:1

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq