Nəsimi rayonunda “Abad həyət” sakinlərin istifadəsinə verilib - FOTOLAR
22-12-2023 [14:09]
Nəsimi rayonunda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və Prezident İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyi münasibəti ilə rayonda həyata keçirilən silsilə tədbirlər çərçivəsində genişmiqyaslı abadlıq və quruculuq işləri uğurla davam etdirilr.
Mia.az xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyəti və Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən aparılan abadlıq və yenidənqurma işləri sırasında 700 sakinin yaşadığı 1-ci mikrorayon Moskva prospekti 68, 72 saylı binaların əhatə etdiyi ərazidə abadlıq, quruculuq işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.
Layihəyə uyğun olaraq Moskva prospekti 68, 72 saylı binaların fasadları və dam örtükləri əsaslı təmir edilib, yağış suları axıdan yeni borular və navalçalar quraşdırılmışdır. Binaların 8 ədəd giriş qapısı və pilləkən sahəsində 32 ədəd pəncərə dəyişdirilib.
Görülmüş işlər çərçivəsində binanın həyətinə 1000 kv.m-ə yaxın asfalt, 700 kv.m-dən artıq tamet daşı vurulub, 600 kv.m qazon salınıb, 350 p.m yeni bardürlər qoyulub, 40 kub m-ə yaxın torpaq işləri görülüb, 200 p.m-dən artıq istinad divarı tikilərək aqlay daşla üzlənib. Həyətdə zəbt olunmuş sahələr əhalinin ümumi istifadəsinə qaytarılıb, tullantılar üçün kiçik zibil qutuları qoyulub. Həyətdə sahibsiz ev heyvanları üçün damlar və quş yuvaları quraşdırılıb.
Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün həyətə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.
Abadlaşdırılan ərazidə mövcud yaşıllıqların bərpası işləri aparılaraq yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq göstərilib, məhəllədə yeni yaşıllıq zolağı salınıb, 100 ədəd şam ağacı və 400 müxtəlif növ mövsümi gül kolları əkilib, 200 p/m suvarma xətti çəkilib. Həyətdə 4 nöqtədə işıqlandırma sistemləri və 3 nöqtədə təhlükəsizlik kameraları quraşdırılıb. Avtomobillər üçün parklanma yeri yaradılıb.
Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.
Qeyd edirik ki, cari ilin əvvəlindən hər həftənin şənbə və bazar günləri rayon ərazisində müxtəlif ünvanlarda iməciliklər keçirilir, yeni yaşıllıqlar salınır, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilir.
Nəsimi rayonunda abadlıq-quruculuq və yenidənqurma işləri uğurla davam etdirilir.
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ