SOCAR-ın "Azəriqaz" İB-dən abonentlərə xəbərdarlıq: "Ödəniş sistemlərinin fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq"

img

21-12-2023 [20:10]


"Nəzərinizə çatdırırıq ki, internet şəbəkəsi infrastrukturunda profilaktik işlərin görülməsi planlaşdırılır".

Mia.az xəbər verir ki, bu xəbərdarlığı "Azəriqaz" İB yayıb.

Məlumata görə, bu səbəbdən Bu səbəbdən həmin müddət ərzində SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyət üçün açıq olan bütün resurslarının, veb-səhifənin, elektron poçt və VPN xidmətlərinin, həmçinin ödəniş sistemlərinin fəaliyyəti müvəqqəti olaraq dayanacaq.

Verilən məlumata görə, profilaktik işlərin bu gün (21.12.2023 tarixində) saat 21:00-dan etibarən bir neçə saat ərzində davam etməsi nəzərdə tutulur: "Abonentlərdən mövcud vəziyyəti nəzərə almalarını xahiş edirik".


Digər xəbərlər
SON XƏBƏRLƏR