Ukrayna səfərbərliyi genişləndirir - Xaricdə yaşayan ukraynalılar orduya çağırılacaq

img

21-12-2023 [14:48]


Ukrayna xaricdə yaşayan ukraynalıları səfərbərliyə almağa hazırlaşır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov Almaniya mətbuatına müsahibəsində danışıb.

Onun sözlərinə görə, xaricdəki ukraynalı kişilərin gələn il orduya çağırılacaq: "Ukraynadan kənarda yaşayan 25-60 yaş arası ukraynalı kişilərə səfərbərliyə alınacaq. Onlar gələn ildən ordu sıralarına çağırılacaq. Biz onların hamısına çağırış göndərəcəyik. Məsələn, təkcə Almaniyada hərbiyə yararlı 190 minə yaxın ukraynalı var. Onlar da gəlib Vətənə borclarını ödəməlidirlər. Çağırşa əöməl etməyənlər isə hüquqi qaydada cəalanacaqlar...".

Umerov müsahibəsndə ABŞ-ın gələn il də Ukraynaya dəstəyini davam etdirəcəyinə inandığını deyib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR