Şagirdlərə mobil telefon gətirməyə qadağa qoyulub? - Açıqlama

img

19-12-2023 [18:51]


Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Azərbaycanın ümumi təhsil müəssisələrində şagirdlərə dərsə mobil telefon gətirməyə qadağa qoyulması barədə məlumatların təhrif edildiyini və yayılan xəbərin reallığı əks etdirmədiyini açıqlayıb.

Mia.az xəbər verir ki,  Agentlik ötən tədris ilinin ikinci yarımilindən başlayaraq ölkəmizin 300 məktəbində “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” tətbiq edildiyini xatırladıb:

"Həmin qaydalara əsasən, şagird ağıllı saat və telefonları, həmçinin digər elektron cihazları məktəbə gətirməməli və dərs zamanı istifadə etməməlidir. Şagird, əgər məktəbə gəlib-getməsi üçün təhlükəsizliyinin təmin olunması məqsədilə telefon gətirirsə, həmin telefon şagirddən alınaraq təhlükəsiz yerdə saxlanılır və dərs məşğələləri bitdikdən sonra ona geri qaytarılır.

Bir daha yekun olaraq bildiririk ki, bu qayda yalnız pilot olaraq seçilmiş 300 məktəbdə tətbiq edilir".


Digər xəbərlər
SON XƏBƏRLƏR