Yunanıstana qaçmaq istəyən terror təşkilatlarının 9 üzvü həbs edilib

img

19-12-2023 [13:20]


Türkiyədən Yunanıstana qaçmağa çalışan və terror təşkilatlarına üzvlükdə ittiham olunan şəxslər həbs edilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Yunanıstanla sərhəddə yerləşən Ədirnə valiliyi açıqlama yayıb.

Qeyd olunub ki, jandarma qüvvələriu tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində sərhəddən Yunanıstana qaçmağa cəhd edən 10 şübhəli şəxs saxlanılıb: "Tutulan şübhəlilərdən 9-nun FETÖ-yə, birinin isə terror təşkilatı PKK-ya üzv olmaq ittihamı ilə axtarışda olduğu müəyyən edilib. Onlar məhkəmə qırarı ilə həbs olunublar. Bir şübhəli isə sərhədi qanunsuz pozmağa cəhddə ittiham olunaraq, şərt azadlığa buraxılıb".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq