Şərqşünas alimlər Şamaxıda “Türk dünyasının mədəniyyət paytaxtı Şuşa” adlı konfransda məruzə ediblər - FOTOLAR
18-12-2023 [20:31]
Dekabrın 14-də Şamaxıda Azərbaycan Dövlət Pedaqoji Universitetinin və ADPU-nun Şamaxı filialının təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Türk dünyasının mədəniyyət paytaxtı Şuşa” adlı Respublika elmi konfransı keçirilib.
Mia.az xəbər verir ki, konfransda AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları da iştirak ediblər.
Konfransın elmi komitəsində şərqşünas alimlərdən AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, institutun Şərqşünaslıq elminin nəzəriyyəsi şöbəsinin müdiri, f.e.d. professor Roida Rzayeva, Türk filologiyası şöbəsinin baş elmi işçisi, f.e.d., professorElman Quliyev, Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d. dosent Sübhan Talıblı yer alıblar.
Konfrans iştirakçıları ilk olaraq Şamaxı rayonunun mərkəzində yerləşən Ulu Öndər Heydər Əliyev abidəsini və Şəhidlər Xiyabanını ziyarət ediblər. Həmçinin “Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda sərgiyə baxış keçirilib.
Konfransın plenar iclasında xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Plenar iclasda Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, ADPU-nun rektoru professor Cəfər Cəfərov, ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, ADPU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, «Türk odası» və «Türk araşdırmaları» elmi-tədqiqat mərkəzinin rəhbəri, Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin baş elmi işçisiElman Quliyev, ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova çıxış ediblər. Tədbirdə “Mədəniyyət paytaxtı Şuşa” mövzusunda videoçarx nümayiş etdirilib.
Konfrans öz işini “Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycan”, “Azərbaycan xalqının Zəfər tarixi Türk dünyasının tarixi qələbəsidir”, “Qarabağ ədəbi-mədəni mühiti və Türk dünyasının mədəniyyət paytaxtı Şuşa” və “Türk dünyasının ədəbi-mədəni mühiti, tarixi və müasirliyi” bölmələrində davam etdirib.
Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d. dosent Sübhan Talıblı “Azərbaycan xalqının Zəfər tarixi Türk dünyasının tarixi qələbəsidir” bölməsində sədrlik edib. Bu bölmədə Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin böyük elmi işçisi, f.ü.f.d. Ceyhun Ağayev “Şanlı Zəfər Salnaməsinin tarixi, Qarabağın maddi-mənəvi irsinin bərpası” mövzusunda məruzə edib.
“Qarabağ ədəbi-mədəni mühiti və Türk dünyasının mədəniyyət paytaxtı Şuşa” bölməsinə sədrlik edən Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin baş elmi işçisi, f.e.d.Elman Quliyev bölmədə “Çağdaş türk poeziyasında şuşanamələr milli-tarixi dəyərlər kontekstində” mövzusunda məruzə edib. Bölmədə həmçinin Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d. dosent Sübhan Talıblı “Şuşa xarici tədqiqatçıların əsərlərində”, İnstitutun Şərqşünaslıq elminin nəzəriyyəsi şöbəsinin kiçik elmi işçisi Aynurə Məmmədova “Qarabağın maddi və mənəvi abidələri” mövzusunda məruzə ediblər.
“Türk dünyasının ədəbi-mədəni mühiti, tarixi və müasirliyi” bölməsində Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri, f.ü.f.d. dosent Xumar Ələkbərova “Müasir Azərbaycan ədəbiyyatı tarixini yazanlar”, Şərqşünaslıq elminin nəzəriyyəsi şöbəsinin kiçik elmi işçisi Elnarə Bünyatova “Türk dünyasının tarixi və mədəniyyəti”, Türk filologiyası şöbəsinin kiçik elmi işçilərindən Arzu Dadaşova “Tarixi romanlarda vətənpərvərlik duyğularının tərənnümü”, Aytən Tağıyeva “Türk tarixi postmodern romanların mövzusu kimi” mövzularında məruzələr ediblər.
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO