Qubadlıda Həkəri çayının sahilində yeni kənd salınacaq - VİDEO/FOTOLAR

img

18-12-2023 [11:36]


Qubadlı rayonunda, Həkəri çayının sahilində yerləşən Xanlıq kəndi yenidən qurulacaq.

Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən Mia.az-a verilən məlumata görə, kənd işğal dövründə tamamilə dağıdılıb.

Xanlıq kəndi ərazisində yaşayış evləri və infrastruktur yararsız vəziyyətə salınıb.

Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən bu il mayın 4-də Xanlıq kəndinin təməli qoyulub. I mərhələdə Xanlıq kəndində iki, üç, dörd və beş otaqlı fərdi yaşayış evlərinin, inzibati binaların və ictimai-iaşə obyektlərinin tikintisi planlaşdırılır. Burada əhalinin dayanıqlı məskunlaşması üçün hər şərait yaradılacaq.

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR