İsrail Ordusu: "Qəzza ilə Misir sərhədindəki 14 km-lik xətt hasarlanacaq"

img

18-12-2023 [09:07]


"Qəzza ilə Misir sərhədinə beton hasar çəkəcək".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı İsrail Ordusuna məxsus radio yayıb.

Bildirilib ki, İsrailin Qəzza ilə Misir arasındakı "Səlahəddin oxu" kimi tanınan Aralıq dənizi sahilindən başlayaraq Kerem Əbu Səlim Sərhəd Qapısına qədər yeraltı beton hasar çəkəcək: "Savaş bitər-bitməz tikinti başlayacaq. Ümid edirik ki, Misir bunu anlayışla qarşılayacaq".

İsrailin "i24News" televiziyasının xəbərinə görə, Misir dəfələrlə Sina ilə Qəzza arasındakı ərazidə tunel olmadığını bildirsə də, bu, inandırıcı deyil: "Əlbəttə, bu, yeraltı tunellər İsraili narahat etməyə bilməz. Həmin 14 km-lik xətt mütləq yeraltından başlayaraq hasarlanmalıdır".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq