Bloger Asya Aslanova reanimasiyaya yerləşdirilib: "Komadadır, vəziyyəti çox ağırdır" (Yenilənib)

img

17-12-2023 [09:54]


Reanimasiyaya yerləşdirilən bloger Asya Aslanovanın son vəziyyəti açıqlanıb.

Mia.az-ın məlumatına görə, Ramal İsayev Asyanın ayıldığını və vəziyyətinin yaxşılığa doğru getdiyini deyib: "Şükür Allaha Asya ayıldı. Vəziyyəti yaxşılığa doğru gedir. İnşallah ki, tezliklə sağalacaq”.

***

Bloger Asya Aslanova ağır vəziyyətdə "Baku "Medical Plaza" xəstəxanasına yerləşdirilib.

Mia.az xəbər verir ki, bu barədə jurnalist Ramal İsayev sosial şəbəkədə məlumat verib.

O, məsələ ilə bağlı AZXEBER.COM-a açıqlamasında Asyanın durumunun kritik olduğu bildirib.

Ramal İsayevin sözlərinə görə, dişini müalicə etdirən blogerin bədəninə infeksiya düşüb və sürətlə yayılıb: "Dişində problem vardı. Müalicə zamanı dişindəki infeksiya narkoz borusu vasitəsilə bütün bədəninə yayılıb. Hazırda reanimasiyadadır, bilinci qapalıdır, vəziyyəti çox ağırdır. 48 saatlıq gözləmə zamanının 24 saatı geridə qalıb. Hər kəs hələ ki, gözləmə mövqeyindədir. Dualarımız onunladır".


Digər xəbərlər
SON XƏBƏRLƏR