Parlamentdə yıxılaraq vəfat edən deputat dəfn olunub

img

15-12-2023 [17:09]


Türkiyə Böyük Millət Məclisində çıxış edərkən yıxılan və müalicə aldığı xəstəxanada dünyasını dəyişən Səadət Partiyasının Kocaelidən olan deputatı  Həsən Bitməzin bu gün dəfn olunub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbulda Fatih məscidində cümə namazından sonra keçirilən dəfn mərasiminə deputatın  atası Salih Bitmez və ailəsi ilə yanaşı, 11-ci prezident Abdullah Gül, CHP sədri Özgür Özəl, Səadət Partiyasının sədri Temel Karamollaoğlu, Gələcək Partiyasının sədri Əhməd Davudoğlu, DEVA Partiyasının sədri Əli Babacan, İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) Bələdiyyə Başçısı Əkrəm İmamoğlu, AK Partiya İstanbul şəhər təşkilatının sədri Osman Nuri Kabaktepe, CHP İstanbul təşkilatın sədri  Özgür Çelik, xarici ölkə nümayəndələri, bəzi millət vəkilləri,  bələdiyyə başçıları və çox sayda partiya üzvü və vətəndaşlar qatılıblar.

Xatrladaq ki, 1969-cu ildə Giresunda anadan olan Həsən Bitmez ali təhsilini Misirin Əl-Əzhər Universitetində başa vurub.

Milli Gənclik Vəqfində müxtəlif səviyyələrdə çalışan Bitmez 2000-ci ildə "Anadolu Gənclik" Jurnalını təsis edib və jurnalın baş redaktoru vəzifəsində çalışıb.

Gebze İmam Hatip Liseyi Məzunları Dərnəyinin qurucularından olan Bitmez Beynəlxalq Gənclər Forumunun sədri vəzifəsində çalışıb.

Həmçinin İslam Tələbə Təşkilatları Federasiyasının idarə heyətinin üzvü olan Bitmez Səadət Partiyası və Cansuyu Həmrəylik Dərnəyinin yardımlarının İndoneziya, Çad, Kamerun, Nigeriya, Sudan, Qana və Hindistan kimi bir çox ölkəyə çatdırılmasını təmin edib.

Siyasət karyerasına Rifah Partiyası Gebze Təşkilatında başlayan Bitməz Fazilet və Səadət partiyalarında müxtəlif vəzifələrdə çalışıb.

Səadət Partiyasının da sədr müavini olan Bitməz 14 may seçkilərində Kocaelidən millət vəkili seçilib.

Ərəbcə və ingiliscə danışan Bitmez evli idi və bir övladı var idi.

Tahir

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq