Türk futbolçunun Fransadakı evi soyuldu - Özü meydanda olarkən...

img

15-12-2023 [15:45]


Ötən gecə Koferans Liqasında "Lill" - "Klaksvik" matçında forma geyinən Türkiyə millisinin oyunçusu Yusuf Yazıcının evinə oğru girib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, oğru və ya oğrular futbolçunun evindən bahalı saatlar, paltarlar və dəri geyimlərini aparıblar.

Məlumatda qeyd olunur ki, Fransanın "Lill" komandasında çıxış edən Yusuf Yazıcı evinin soyulduğu anlar meydanda futbol oyayırmış, bu səbəbdən evdə heç kim olmayıb.

"L'Equipe" yazır ki, matçdann sonra evinə gələn  Yusuf Yazıcı polisə xəbər verib: "Hazırda polis faktla bağlı araşdırma aparır".

Xatırladaq ki, 2019-cu ildən "Lill"də çıxış edən Yusuf Yazıcının evinə 2020-ci ilin əvvəlində də oğru grib. Həmin vaxtiı onun avtomobili və digər qiymətli əşyaları oğurlanıb.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq