Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
15-12-2023 [00:17]
Qoç - peşəkar fəaliyyət müstəvisində aktiv hərəkətlər üçün əlverişli zamandır. Fiziki əməkdə fayda var. Uzaq yola çıxmaq olar. Mövqelərini müdafiə edəndə, maraqlarınızı qoruyanda ifrata varmayın.Enerjinizdən effektiv istifadə edin.
Günün ikinci yarısında narazılıq və aqressiya hissləri sizə hakim olmasın. Şəxsi münasibətlərdə nizam var. Dostlar və ya tanışların yaşamınıza sərt müdaxiləsinə imkan verməyin. İntriqalar hazırlayan adamı aşkarlayanda emosional davranmayın.
Buğa - fikirləriniz və niyyətləriniz pis olmaya bilmir. Amma inadkar, aqressiv olsanız və üstəlik, yaxın ətrafınızdakı insanlara nəzarət etməyə çalışsanız, belə davranış mübahisələrə, hətta toqquşmalara səbəb olacaq.Bilavasitə öhdənizdəki işlərlə məşğul olun. Başqalarına necə yaşamağın gərəkdiyini öyrətməyin.
Günün ikinci yarısında bütün işlərlə bağlı təkbaşına qərar vermək istəyiniz ailə üzvləri ilə münasibətləri korlaya bilər. Yaxınlarınızın səvləri barədə ucadan danışmayın, bu məsələləri geniş müzakirə obyektinə çevirməyin. Mənasız və yersiz iradlar ünsiyyəti korlayacaq.
Əkizlər - aktiv fəaliyyət üçün əla gündür. Çətin məsələləri həll etmək, mürəkkəb texniki problemləri çözmək gərəkdir. Enerji potensialınızın səviyyəsi yüksəkdir. Fəaliyyətinizi faydalı, gərəkli məcraya yönəltsəniz, yaxşı nəticələr əldə edəcəksiniz. Günün ikinci yarısında texnika, proqramlaşdırma və ya kommunikasiyalar sahələrində irəliləyişlərə can atın.Yumor hissi ailədəki bəzi problemləri yumşaltmağa və çözməyə imkan verəcək. Yaxınlarınız belə davranışı dəyərləndirəcəklər. Sevdiyiniz insan üçün kiçik bayram hazırlayın.
Xərçəng - riskli addımlar atmaqdan çəkinməyin, çoxdan bəri planlaşdırdığınız addımı atın. Qərarınız ilk baxışdan təhlükəli təsir bağışlasa da, nəticə sizi sevindirə bilər. Yaxın ətrafınzdakı insanlara nəzarət istəklərindən əl çəkin.
Günün ikinci yarısında baş verən hadisələrə obyektiv nəzər salın. Əhvalınızın dəyişməsi bəzi işlərin ertələnməsinə səbəb olacaq. Axşam saatlarında sevdiyiniz insanla ünsiyyət sizi nevrozdan və depressiyadan qurtara bilər.
Şir - bəzi hadisələr ətrafınızdakı insanlarla münasibətlərə təsir edə bilər. Bilik və bacarıqlarınızı nümayiş etdirin. Mədəniyyətsiz, qaba insanlardan uzaq durun. Situasiya əlverişsiz olarsa, amiranəlik eşqinə düşməyin.
Günün ikinci yarısında bələd olmadığınız insanlara irad bildirməyin. Şəxsi münasibətlərdəki bəzi nüanslar təşviş yarada bilər. Qısqanclıq etməyin, fərdiyyətçiliyə qapılmayın.
Qız - səbrli, təmkinli olmağa çalışın. Yaxşı tanımadığınız insanlara izafi önəm verməyin. Soyuqqanlı və məntiqli davranmasanız, dəyər verdiyiniz insanların xətrinə dəyə bilərsiniz. Münaqişəyə səbəb olmayın. Emosional fon stabil deyil. Ziddiyyətli açıqlamalar səbr kasanızı daşdırmasın.
Günün ikinci yarısında dəvət aldığınız tədbirə yollanmayın. Adamların gur olduğu yerdə özünüzü yaxşı hiss etməyəcək, nevroz vəziyyətdə olacaqsınız. İrimiqyaslı anlaşmalar və müqavilələr zamanı deyil.
Tərəzi - gərgin və ziddiyyətli, ağır gündür. Problemlərin miqyasını həddən artıq artırmayın. Kiçik qələbələri görməyi bacarın. Ən kiçik səhvin fəsadları aradan qaldırılmasa, situasiya ağırlaşacaq. Yaxın ətrafınızdakı insanların məsləhətlərinə çox önəm verməyin.
Günün ikinci yarısında qohumlarınızın dəstəyinə ehtiyacı var. İşdə və ailədə münaqişələr yarana bilər. Fəaliyyət müstəvisindəki problemləri vaxtında həll etməyə can atın. Əks təqdirdə, çətinliklər xroniki forma ala bilər. Güzəştə getməyi unutmayın.
Əqrəb - İfrat mülayimlik, kompromisslərə ifrat meyllilik pis nəticə verə bilər. Bununla yanaşı, yaxın ətrafınızdakı insanlarla səmimi olsanız, münasibətləri qoruya bilərsiniz. Yaxşı məziyyətlərinizi nümayiş etdirin. Yaşlı qohumların məsləhətlərinə qulaq asın.
Günün ikinci yarısında qarşınıza çıxan və sizə maneələr yaratmağa can atan adama rəhm etməyin. Aktiv olun, süst davranmayın. Bununla belə, ehtiyatı da əldən verməyin. Bütün vasitələri işə salaraq məqsədə mümkün qədər tez çatmaq ideyasını unudun.
Oxatan - yaxın ətrafınızdakı insanların yardımlarından boyun qaçırmayın. Onlar sizə dəstək verməyə çalışırlar. Yaradıcı fəaliyyətlə məşğulsunuzsa, işlərinizdə ciddi irəliləyişlər olacaq. Yeni tərəfdaş və ya dost qazana bilərsiniz.
Günün iikinci yarısında sürprizlər olacaq. Enerji potensialınızın səviyyəsininin aşağı düşməsi səbəbindən iştahınız artacaq. Tamahınıza məğlub olmayın. Axşam saatlarında dostlarla görüşmək olar.
Oğlaq - mümkün qədər ehtiyatlı olun. Sərvaxt davranın, illüziyalara qapılmayın. Qərarlarınız düşünülüb-daşınılmış, məntiqi olmalıdır. Hisslər burulğanına düşsəniz, ağır fəsadlı səhvlər istisna deyil.
Günün ikinci yarısında rəqiblə qarşıdurmanızın nəticəsi seçiminizdən asılıdır. Yaxınlarınızla təmaslarda çətinliklər yarana bilər. Ötənlərdə pərdələnmiş sirr faş olacaq və bu, ünsiyyətə təsir edəcək.
Dolça - görülən işlərin miqyası və nəticəsindən asılı olmayaraq natamamlıq, narazılıq hissləri yarana bilər. Həddən artıq enerji, habelə ağır zəhmət tələb edən işə başlamayın. Rutin işlərlə məşğul olun, yaşamın yeknəsək ritminə kobud müdaxilə etməyin.
Günün ikinci yarısında texnika almağa dəyməz. Qəti qərar qəbul etməyə güc tapın, başqalarından asılı qalmayın. Müqavimətin daha az, sədlərin daha seyrək olduğu istiqaməti seçin.
Balıqlar - hər şeyi və həmişə nəzarətdə saxlamaq mümkün deyil. Bəzi işləri vaxtında görmək üçün etibar etdiyiniz adamla çalışın. Situasiya təbii axarında inkişaf etsin.
Siz isə daha önəmli məsələlərin həllinə can atın. Dəyər verdiyiniz insanla günün ikinci yarısında qayğıkeş, səmimi olun. Axşam saatları romantik təmaslar üçün əlverişlidir.Vəziyyətə təsir etmək olar.
Milli.Az
Vərəsəlik hüququnda universal və qismən varislik: müəyyən mal vəsiyyətinin hüquqi təhlili
İranda 19-cu əsrdə tikilmiş məscid vurulub – Ölənlər var
Belçika XİN başçısı Ceyhun Bayramova zəng edib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək
"Tiktoker"in həbs müddəti uzadıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabahdan balıq ovu qadağan edilir
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO