ELM və TƏHSİL NAZİRLİYİNDƏ QRANT OYUNU: layihələr kimlərə verilir? - İDDİA
14-12-2023 [16:00]
Elm və Təhsil Nazirliyinin təşkil etdiyi “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin nəticələri də bu qurumun ümumi fəaliyyəti kimi ciddi narazılıqlar doğurub.
Mediada və sosial şəbəkələrin Azərbaycan seqmentində ölkənin ən çox tənqid olunan rəsmi qurumları sırasında Elm və Təhsil Nazirliyi “fəxri” ön mövqelərdə qərarlaşıb.
Bəhs olunan nazirliyi növbəti dəfə “hədəf taxtası”na çıxaran fəaliyyət “Təhsildə könüllü fəaliyyətin təşkili” adlı qrant müsabiqəsinin təşkili olub. Nazirlikdən açıqlanan məlumata əsasən, haqqında danışılan müsabiqəyə ümumilikdə 112 layihə təqdim edilib.
Qurumdan bildirilib ki, bütün layihələrin əvvəlcə texniki ekspertizası həyata keçirilib və onlardan 104-ü məzmun qiymətləndirilməsi mərhələsinə buraxılıb. Həmin mərhələdə isə layihələr 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan 17 layihə qrant qazanıb. Necə deyərlər, müsabiqənin təşkili və onun nəticələrinin açıqlanma forması normaldır. Amma…
Amma qalib layihələrin siyahısına nəzər saldıqda, seçimin yenə də “ənənəvi metodologiya” üzrə aparıldığına şübhə yeri qalmır. Konkret desək, müsabiqənin təşkilatçıları məbləği minimum 10 min, maksimum isə 45 min manat olan qrantları yenə də özlərinin “dost-tanış çevrəsi”nə daxil olan təşkilatlar arasında bölüşdürüblər.
Əlbəttə, vurğulanan “qalib” seçimi ekspromt qaydada, yaxud da random üsulu ilə aparılmayıb. Çox təəssüf ki, qrant müsabiqəsinin təşkilində əsas məqsədin vətəndaş cəmiyyətinin təhsilin inkişafında iştirakının stimullaşdırılması olduğu deyilsə də, nəticə tam fərqli mənzərəni ortaya çıxarır və korrupsiya şübhələrinə ciddi əsas yaradır.
Qurumun keçirdiyi qrant müsabiqəsinin açıqlanan nəticələrinin Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli tərəfindən birbaşa müəyyənləşdirildiyi iddia olunur.
Mətin Kərimli
Qeyd edilir ki, ətrafının “nazirin naziri” adlandırdığı Mətin Kərimli bununla həm yaxın çevrəsindəki insanları maddi planda sevindirmək, həm də haqlı tənqidlərin hədəfində olan nazirliyin müdafiəsi üçün “könüllülər dəstəsi”ni gücləndirməyi düşünüb. Ən maraqlı məqamlardan biri də budur ki, qalib seçilən layihələrin əksəriyyəti məhz nazirliklə yaxın əlaqələri olan, eyni zamanda, qurumun yanında fəaliyyət göstərən İctimai Şurada təmsil olunan şəxslərin təşkilatları tərəfindən təqdim edilib. Yəni “kənar” QHT-lər bu haqsız rəqabətdə öncədən məğlub duruma salınıb.
Qalib elan edilmiş layihələrin sırasına təkrar nəzər saldıqda, bu iddiaların kifayət qədər ciddi olduğu qənaəti yaranır. Məsələn, müsabiqədə qalib seçilərək maksimal – 45 min manat məbləğində qrant ayrılmış Azәrbaycan Gәnc Müәllimlәr Assosiasiyası İctimai Birliyi və “Bir könüllü” Tәlәbәlәrin Әmәkdaşlığı İctimai Birliyinin hansısa effektli fəaliyyəti haqqında məlumat tapmaq mümkün deyil. Çünki hər iki təşkilat nazirliyin “QHT-QHT” oyununun parçası olmaq üçün yaradılıblar.
O zaman təbii sual yaranır, adları çəkilən və qısa zaman öncə yaradılan bu təşkilatlar hansı keyfiyyətlərinə görə qalib seçiliblər və onlara ayrılıqda 45 min manat qrant ayrılıb? Özünə hörmətlə yanaşan və seçimində obyektivliyi qoruyan istənilən donor qrant üçün müraciət etmiş qurumların konkret istiqamətlər üzrə indiyə qədər həyata keçirdiyi fəaliyyəti və malik olduqları təcrübəni incələdikdən sonra qərar verir. Lakin göründüyü qədər, Elm və Təhsil Nazirliyi öz seçimində tam fərqli kriteriyalara əsaslanıb.
Ancaq bütün hallarda nazirlik özünü növbəti dəfə “yandıraraq” tənqidlərin yeni dalğası üçün ciddi əsaslar verib. Yəqin nazirlik rəsmiləri qrant müsabiqəsinin biabırçı nəticələrinə haqq qazandırmaqdan ötrü hər vasitəyə əl atacaq, manipulyasiya bacarıqlarını nümayiş etdirəcəklər. Lakin bu heç nəyi dəyişməyəcək.
Əslində, təhsili batıran qurumun rəhbərlərinin ədalətli qrant müsabiqəsi keçirmələri özlüyündə bir möcüzə olardı.
Möcüzəyə isə kim inanır ki?
Mövzuya qayıdacağıq.
Mənbə: www.yenicag.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BEYNƏLXALQ BANKIN BLOKLANAN KARTINDAN PUL OĞURLANIB: bank məsuliyyətdən yayınır! - Ekspert əhaliyə çağırış etdi
Baş nazir: "Gürcüstanda inqilab olmayacaq, biz buna imkan verməyəcəyik" - "Bəzi qruplar hökuməti devirmək istəyir"
Saxlanılan prezidentin həbs müddətinin uzadılması tələbi rədd edilib
Keçmiş "Qalatasaray"lı aktiv futbolla vidalaşdı - 41 yaşında
General Hikmət Mirzəyev Ankarada - FOTO
OLEQ BAKİNSKİ MƏHKƏMƏDƏ: "Xuliqanlıq etmişəmsə, cəzasını da çəkmişəm" - 5 milyondan çox mülki iddia var
Ali Məhkəmənin Plenumunun iclası keçirilib - Nələr müzakirə olunub?
Əri Hökuməyə verilən 40 min kompensasiyadan imtina edib: “O, məbləği bizə geri qaytardı"
Rudi Qarsiya yığmanın baş məşqçisi təyin olunub
"Turan Bank” cəzalandırılıb
NAZİRLİK VƏ İCRA HAKİMİYYƏTLƏRİ YOXLANILIB - SİYAHI
Qəzzada atəşkəsdən sonra ilk cümə namazı qılınıb
"Bakı Metropoliteni" QSC-də maliyyə nöqsanları aşkarlanıb
Bərpa, Tikinti və İdarəetmə Xidmətində korrupsiya: evlərin qiymətləri şişirdilib - Rəsmi yoxlama olub
Usta sənətçinin məzarı baxımsız və sahibsiz qalıb - FOTO
Qida Təhlükəsizliyi Agentliyində yoxlama: nələr aşkarlandı?
Süni intellektin inkişafı və cəmiyyətə təsiri: tarixi perspektiv... - Sabiq nazir yazır
Hikmət Mirzəyev Türkiyəyə səfər edib - Açıqlama
516 minlik depozit, alqı-satqı və... - Dövlət Ehtiyatları Agentliyində yoxlama aparılıb
PR menecerin həbsi: iki məşhur da istintaqa çağırıldı
Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında korrupsiya: yoxlama nələri aşkarladı? - DETALLAR
“Fotojurnalistika sənətinin yaradıcı sənaye obyekti kimi kommersiyalaşdırılmasına dəstək” layihəsi çərçivəsində mərasimi keçirilib
Sumqayıt və Siyəzən prokurorluqlarında dəyişiklik - Kamran Əliyevdən yeni təyinatlar (FOTO)
"Aqroservis"də nə baş verir? - Direktor həbs olunub
Xalq artisti Firəngiz Əlizadə sədri seçilib
"Beşiktaş”ın sabiq məşqçisinə UEFA-da vəzifə verildi
Muxtar Babayev direktoru işdən çıxardı
Keçmiş hakim və prokuror həbs edilib - Ölkədən qaçmaq istəyirlərmiş
Onlayn vergi ödənişi ilə bağlı xüsusi platforma yaradılıb
Səmra Hüseynova yeni pozada - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
AZAL-ın qəzaya uğrayan təyyarəsinin “qara qutusu" haqda - Açıqlama
Səhiyyə Nazirliyi və TƏBİB qəzaya uğrayan təyyarədə yaralananlarla bağlı birgə məlumat yayıb
Hikmət Hacıyev Belarusun Azərbaycandakı səfiri ilə görüşüb
Keçmiş mətbuat katibi yeni vəzifəyə təyin olunub - AHİK sədri keçmiş iş yoldaşına yüksək vəzifə verdi
Tender dələduzlarına qarşı qanun sərtləşir
Nazirlər Kabinetinə əlavə səlahiyyət verilir
Mətbuatın 150 illik yubileyi: kimlərə medal veriləcək? - FOTO