Türkiyə futbolunda "zəlzələ" - BÜTÜN OYUNLAR MÜDDƏTSİZ TƏXİRƏ SALINDI

img

12-12-2023 [10:10]


Türkiyə futbol liqasının bütün oyunları müddətsiz olarq təxirə salınıb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu qərar dünən "MKE Ankaragücü" - "Çaykur Rizespor" matçından sonra "Ankaragücü" komandasının prezidenti tərəfindən hakim Halil Umut Melərin yumruqlanmasına görə qəbul edilib.

Bu barədə açıqlama verən TFF başqanı Mehmet Büyükekşi Həlil Umut Melərə edilən hücumu sərt tənqid edib: "Bu alçaq hücumu şiddətlə qınayırıq. Halil Umut Melərin səhhətini yaxından izləyirik və dəyərli hakimimizə tezliklə şəfa diləyirik. Hakimləri hədəfə alan və onları hakimlərə qarşı cinayət törətməyə təşviq edən hər kəs bu alçaq cinayətdə şərikdir. Klub prezidentlərinin, menecerlərin, məşqçilərin və televiziya şərhçilərinin hakimləri hədəf alan məsuliyyətsiz bəyanatları bu gün bu alçaq hücuma zəmin yaradıb. Hücuma məsul klub, klub prezidenti, idarəçiləri, bir sözlə, Halil Umut Melərə hücum edən bütün şəxslər ən ağır şəkildə cəzalandırılacaq. Türkiyə Futbol Federasiyası İdarə Heyətinin qərarı ilə bütün liqalarda matçlar qeyri-müəyyən müddətə təxirə salınıb".

Fərid ASLAN

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq