Günel Səfərova: "2024-cü il müsabiqələri üçün 754 layihə təklifi daxil olub"

img

11-12-2023 [23:52]


"QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2024-cü il üzrə müsabiqələrə müraciətdə yüksək fəallıq qeydə alınıb. Layihələrini yükləmək üçün elektron sistemdə qeydiyyata 779 QHT müraciət edib".

Mia.az xəbər verir ki, bu məlumatı "QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Güneəl səfəərova deyib.

Onun sözlərinə görə, 42 QHT-nin təqdim etdiyi sənədlərdə texniki qüsurlar, çatışmazlıqlar olduğu, vaxtında əlavə və düzəlişlər edilmədiyi üçün qeydiyyata alınmayıb: "Beləliklə, 2024-cü ilin kiçik, orta və böyük qrant müsabiqələri üçün layihə yükləmək hüququna 737 QHT malik olub. Yekun olaraq, 754 layihə təklifi qəbul olub.

Bölgü bu şəkildə formalaşıb:

Kiçik qrant müsabiqəsi - 532 layihə;

Orta qrant müsabiqəsi - 147 layihə;

Böyük qrant müsabiqəsi - 75 layihə".

G.Səfərova qeyd edib ki, yaxın 1 ay ərzində texniki ekspertiza nəticələri bütün QHT-lərə bildiriləcək: "Texniki ekspertiza mərhələsindən də uğurla keçən layihələri müstəqil ekspert qrupu yoxlayacaq. Bundan sonra müstəqil ekspert qiymətləndirməsi aparılmış layihələrə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası kollegial əsasda baxacaq. Qaliblərin adlarının 2024-cü ilin fevralında elan edilməsi nəzərdə tutulur".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR