"Washington Post" qəzeti: "Livanda İsrailin istifadə etdiyi ağ fosfor sursatının qalıqları tapılıb"

img

12-12-2023 [00:08]


İstail Livanın cənubunda 9 nəfərin yaralanmasına səbəb olan səbəb olan fosfor boçnasından istifadə edib.

Mia.az xarici mətuata istinadla xəbər verir ki, bu sensasiyalı məlumatı "Washington Post" qəzeti yazıb.

Qəzetin iddiasına görə, Livanda İsrailin istifadə etdiyi ağ fosfor bombasının qalıqları tapılıb: "İsrail ordusu oktyabrın 16-da Dahayra qəsəbəsinə endirdiyi zərbələrdə 155 mm-lik ağ fosforlu artilleriya mərmilərindən istifadə edib. Bu mərmilərin qalıqları artıq bölgədə tapılıb. Tapılan mərmi qalıqlarının üzərində mərminin ABŞ-ın istehsal etdiyi aşkar görünür. Həmin mərmilərin hətta Luiziana və Arkanzas ştatlarındakı silah anbarlarından 1989 və 1992-ci illərdə İsrailə aparıldığı da öz təsdiqini tapır"

Silah mütəxəssisləri bildirirlər ki, qalıqları tapılan top mərmilərinin açıq yaşıl rəngi və üzərində həkk olunmuş “WP” işarələri ağ fosforlu top mərmiləri ilə üst-üstə düşür.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq