Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
11-12-2023 [00:02]
Qoç - ünsiyyətdə səmimi, qayğıkeş olun. Münasibətlərdəki aktiv mövqeyiniz əlaqələrdə harmoniya yaradacaq. Ən rutin işlərin görülməsində yaradıcılıq imkanları yaranır. Mövqeyinizi ətrafınızdakı insanlara çatdırın.
Günün ikinci yarısında dəyər verdiyiniz insanların ideyalarından tam hali olmamış xudpəsəndlik etməyin.
Aktiv olun. Axşam saatlarına yaxın ailə üzvlərinizi sevindirin. Qayğı və anlamla davranaraq münasibətləri yaxşılaşdırın. Gəzintiyə çıxa bilərsiniz.
Buğa - günün ilk yarısında situasiya kəskin reaksiya, qərarların qəbul olunması prosesində çeviklik tələb edir. Məntiqli, soyuqqanlı olun. Yalnız belədə uğur qazana bilərsiniz. Maraqlı ideyalarını sizinlə bölüşəcək həmfikirlərlə dil tapmağa çalışın.
Günün ikinci yarısında alış-veriş uğurlu olacaq. Məişət əşyaları, rabitə və ya nəqliyyat vasitəsi almaq olar.
Axşam saatlarını yaxınlarınızla keçirin. Ümumi işlər və əyləncəyə birgə yollanmaq sizi bədbinlikdən qurtara bilər. Subaysınızsa, seçim məcburiyyəti ilə qarşılaşacaqsınız.
Əkizlər - günün ilk yarısı yeni işlərə başlamaq üçün əlverişlidir. İnnovasiyalı layihənin ilkin mərhələsində fəal olun. Həmkarları və ya həmfikirləri özünüzə cəlb edin. Münaqişəli situasiyaları həll edin.
Günün ikinci yarısında iradlara və tənqidə ifrat dərəcədə sərt reaksiya verməyin. Şəxsi münasibətlərdə harmoniyaya nail olun. Dəyər verdiyiniz insanlar sözlərinizə diqqətlə qulaq asacaqlar. Axşam saatlarını dostlarla keçirin.
Xərçəng - günün ilk yarısında ən ağır işlərlə məşğul ola bilərsiniz. Özünüzə güvənin. Diqqətinizi cəmləyin, bilik və bacarıqlarınızı nümayiş etdirin. Çətin məsələlərin həllində süst davranmayın.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlara sərt iradlar bildirməyin. Nöqsanlar barədə bərkdən danışmayın, sürəkli məsləhətlər verməyin. Belə davranış ən yaxın adamları sizdən soyuda bilər.
Axşam saatlarında sevdiyiniz insanla mübahisə etməyin. Təmasları daha da səmimiləşdirin.
Yaxın ətrafınızda peyda olacaq insanlardan biri yaşamınızda önəmli rol oynaya bilər.
Şir - günün ilk yarısında vəziyyət ilk baxışdan ümidsiz təsir bağışlasa da, ruhdan düşməyin. Çaşqınlığa yol verməyin, hadisələrin axarını nəzarətsiz qoymayın. Qətiyyətli və iradəli davranışın mükafatı yaxşı nəticə olacaq.
Günün ikinci yarısında peşəkar fəaliyyət sahəsindəki problemlərin orijinal həllini tapacaqsınız. Gərəkli insanlarla əlaqələri inkişaf etdirin. Kollektiv fəaliyyətlə mövqelərinizi möhkəmləndirməyə çalışın.
Şəxsi münasibətlərdə dəyişikliklər üçün yaxşı zamandır. Dəyər verdiyiniz insanla təmaslar sizi sevindirəcək.
Axşam saatlarında istədiyiniz kimi istirahət edə bilərsiniz.
Qız - günün ilk yarısında böyük layihənin ilk mərhələsində çətinliklərlə qarşılaşsanız, ruhdan düşməyin. Unutmayın ki, böyük nailiyyət kiçik uğurlardan ibarətdir. Planlaşdırmaya başlayın. Qarşınıza ambisioz məqsədlər qoymayın.
Günün ikinci yarısında irəliləyiş üçün bünövrə hazırlayın.
Yaxınlarınızla münasibətlərdə ifrat səxavətiniz və sentimentallığınızdan elə sizə qarşı istifadə oluna bilər. Qayğıkeş, amma praktik davranın. Maraqlarınızı qorumaqdan çəkinməyin.
Tərəzi - işgüzar tərəfdaşlar və həmkarlarla münasibətləri sərinləşdirməyin. Günün ilk yarısında problemlərin yeni həllini tapa bilərsiniz. Qarşılıqlı mənfəəti unutmayın. Bilik və bacarıqlarınızı nümayiş etdirin.
Günün ikinci yarısında həddən artıq zəhmət, enerji tələb edən işlərlə məşğul olmayın. Aktiv olun. Yaxınlarınızın ehtiyaclarını təmin etmək üçün əlavə vəsaitə ehtiyac var. Ailə üzvlərindən birinin üzləşdiyi ağır situasiyanı təhlil edin. Yardım istəyən insandan köməyi əsirgəməyin.
Əqrəb - mühüm işlərə başlamazdan əvvəl yaxşı hazırlıq görün. İmkan varsa, zəhmətkeş və etibarlı yardımçılar tapın. Gərəkli dəstəyi alın. Bütün işləri qısa vaxtda başa vurmağa çalışmayın. Rutin, gündəlik məsələlərin çözümünə xüsusi diqqət ayırın.
Günün ikinci yarısı daha irimiqyaslı işlər üçün münasibdir. Şəxsi münasibətlərdə dəyişikliklər vədəsi yedişib. Gərəksiz əlaqələrdən qurtulun.
Ötənləri xatırlayıb köks ötürməyin.
Oxatan - gərgin və aktiv fəaliyyətin yaxşı nəticə verməsi üçnü təkbaşına çalışmayın. Yaddan çıxardığınız vədləri qarşı tərəf unutmayıb.
Yolda çətinliklər yarana bilər. Uzunmüddətli səfərlərə çox qüvvə və vaxt sərf etməyin. Yaranan imkanlardan faydalanmağı unutmayın.
Günün ikinci yarısında münaqişəli vəziyyət yaratmayın. Tərəfdaşla ünsiyyətdə mənfi emosiyaların izharına yol verməyin. Fikir ayrılıqları və inciklik istisna deyil. Sərt sözlər münasibətlərin sərinləşməsinə səbəb olacaq.
Oğlaq - günün ilk yarısı əlverişli zamandır. Problemlərin öhdəsindən qeyri-ənənəvi yollarla gələ bilərsiniz. Planlarda köklü dəyişikliklər, təcili səfər və ya ezamiyyət istisna deyil. İşgüzar yazışma ilə məşğul olun, sənədləri qaydaya salın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə qətiyyətli olun. Yaxınlarınız sizi dəstəkləyəcəklər. Onlar məişət məsələləri ilə yanaşı, təhsil və peşəkar fəaliyyət sahələrində də yardımlarını əsirgəməyəcəklər.
Sevdiyiniz insan üçün qısqanclığa səbəb yaratmayın.
Dolça - çoxdan hazırladığınız planları reallaşdırmaq üçün münasib zamandır. Gərəkli insanlarla əlaqələr yaradın. Potensial tərəfdaşların niyyət və istəklərindən hali olun. Cəsarətli, amma nəzakətli davranın.
Günün ikinci yarısında yeni layihəyə, işə başlamaq olar. Ən ağır problemin həllinə başlamaqdan çəkinməyin.
Şəxsi münasibətlərdə irəliləyiş ola bilər. Həmfikirlərlə birlikdə vaxt keçirin. Enerji potensialınızın səviyyəsi yüksəkdir.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Balıqlar - yaxın ətrafınızdakı insanlar sizi dəstəkləyəcəklər. Sizdən dəstək gözləyən insanlara kömək edin. Başqalarının qərar və hərəkətlərini aşkar şəkildə pisləməyin.
Günün ikinci yarısında yaxşı tanımadığınız insanları müzakirə mənbəyinə çevirməyin. Çətin və mürəkkəb məsələləri həll etmək gərəkdirsə, risklərə yol verməyin. Düşünülməmiş addımlar atmayın.
Dəyər verdiyiniz insanların planları və istəkləri barədə onlara düşündüklərinizi desəniz, inciyəcəklər. Axşam saatları romantik əhval üçün əlverişli deyil. Sakit şəraitdə dincəlməyə çalışın.
Milli.Az
BMT Baş katibindən ABŞ-ın Venesuelanı mühasirəyə almasına - Reaksiya
İsrail tarixinin ən böyük qaz anlaşmasını müsəlman ölkəsiylə imzaladı: 35 milyard dollarlıq - Netanyahu növbəti sürpriz vəd edir
"Limitsiz azadlıq heyvanlara məxsus bir keyfiyyətdir" - Aparıcıların efirə seksual geyimlə çıxmalarına etiraz böyüyür (FOTOLAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin meyiti tapıldı
Qərbi Kaspi Universitetinin dövlətə borcu 5 dəfə artıb
Putin generallarla görüşdə niyyətini açıqladı: "Rusiya tarixi ərazilərinin hərbi yolla azad edəcək"
Rövşən Nəcəf Qətərə yollanıb
Sahibə Qafarova Aİ rəsmisi ilə nəyi müzakirə edib? - Görüş + FOTO
Kənan Yıldız "Yuventus"dan ayrılır? - İki klub danışıqlara başlayıb
Türkiyə futbolunda daha bir yenilik - Transfer müddəti dəyişib
BMT: "Qəzzaya təcili humanitar yardım çatdırılmalıdır"
Gəncədə məktəbli qayçı ilə şagird yoldaşına xəsarət yetirib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha bir AXCP funksioneri saxlanılıb?
Əli Əsədov ikili diplom proqramı barədə sərəncam imzalayıb - CƏDVƏL
Sabiq nazirin qızı üzr istədi - Açıqlama
"Açıq ürək əməliyyatı olmalıyam, sabaha ümidim yoxdur, buraxacaqsınızsa..." - Sabiq məmur məhkəmədə
"MTV" kanalına ciddi xəbərdarlıq olunub
Qətərin Baş prokuroru Azərbaycana səfərə dəvət olunub
Rəsmi Tehran ABŞ-a çağırış etdi: "Əgər bizə zərbə olsa, o zaman..."
"Nə qədər yaramaz və şərəfsiz olasan ki..." - Musa Musayev yazır
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyət müddəti bitib - XİN-də görüş olub
MEDİA-nın Müşahidə Şurası iclası keçirib - FOTO
Polis əməliyyatı: 3 nəfər 47 kq narkotiklə tutulub
ABŞ-Venesuela müharibəyə addım-addım yaxınlaşır - Tramp qərar verdi, Karakas və BMT-dən xəbərdarlıq gecikmədi
BOKT-un vəzifəli şəxsləri cərimələnib
QƏBULA HARAM QATANLAR KİMLƏR OLUB? - DİM buraxılış və yaz qəbul imtahanlarında dələduzluq edənlər barədə elə faktları açıqladı ki...
Prezident İlham Əliyev BƏƏ-də - FOTOLAR (Yneilənib)
Sabah hava necə olacaq? - Proqnoz
Zakir Həsənov generalı Levent Ergünü qəbul edib - Açıqlama
DÇ-2026: FIFA oyunlara 60 dollarlıq biletləri satışa çıxardı
Maliyyə Nazirliyi ofis icarəyə götürəcək - 1.2 milyona
Tramp daha 5 ölkəyə səyahət qadağası qoydu - Səbəb + SİYAHI
Axtarışda olan Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb
Naxçıvanlılar Biləsuvar gömrük postundan niyə buraxılmır? - VİDEO