İtaliyada xəstəxanada güclü yanğın: 4 nəfər ölüb

img

11-12-2023 [00:08]


İtaliyanın paytaxtı Romada San Giovanni Evangelista xəstəxanasında güclü yanğın verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, güclü yanğın nəticəsində 4 nəfər hadisə yerində ölüb, yaralılar var.

Bu barədə açıqlama verən İtaliyanın daxili işlər naziri Piantedosi faktı təsdiqləyib: "Xəstəxanada baş verən yanğında həyatını itirənlərin ailələrinə başsağlığı verirəm. Yaralılara şəfa diləyirəm. Yanğına dərhal müdaxilə edən yanğınsöndürmə briqadasına və polis bölməsinə öz təşəkkürümü bildirirəm".

Nazir bildirib ki, binanın sürətlə boşaldılması yüzlərlə insanın xilasına səbəb olub.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq