Rəsmi Tehran: "Quterreşin çağırışına məhəl qoymamaq qlobal təhlükəsizliyin çökməsinə səbəb olacaq"

img

08-12-2023 [23:27]


"VMT Baş katibi Quterreşin Qəzza ilə bağlı çağırışına məhəl qoymamaq qlobal təhlükəsizliyin çökməsinə gətirib çıxaracaq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

O, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Quterreşin Qəzzada humanitar fəlakətin qarşısının alınması üçün BMT Təhlükəsizlik Şurasına  göndərdiyi məktubdan söz açaraq bildirib ki, məktuba dərhal reaksiya verilməlidir: “Əks halda, bu, beynəlxalq institutların dağılmasının təsdiq olacaq".

Abdullahiyan həmçinin qeyd edib ki, “ABŞ və İsrailin fələstinlilərə qarşı müharibə və soyqırım siyasəti iflasa uğrayacaq”.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq