Hakan Fidan bu gün ABŞ-a gedəcək

img

08-12-2023 [10:43]


Türkiyə Xarici işlər naziri Hakan Fidan bu gün Vaşinqtona səfər edəcək.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, nazir orada Qəzzada müharibənin dayandırılması və daimi sülhün təmin edilməsi ilə bağlı danışıqlar aparacaq.

Nazirlikdən verilən açıqlamaya görə, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqasının noyabrın 11-də keçirilən Fövqəladə Birgə Zirvə toplantısında Türkiyə, Fələstin, Səudiyyə Ərəbistanı, İndoneziya, Misir, Qətər, Nigeriya və İordaniya kimi ölkələrin xarici işlər nazirlərinə müharibənin dayandırılması və daimi sülhün təmin edilməsi üçün beynəlxalq təşəbbüslərlə çıxış etmək vəzifəsi verilib: "Hakan Fidan bu istiqamətdə üzərinə düşən vəzifəni yerinə yetirmək üçün ABŞ-da rəsmi təmaslarda olacaq".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq