Mərkəzi Bank 118 sığorta vasitəçisinin lisenziyasını ləğv edib

img

07-12-2023 [11:40]


Azərbaycan Mərkəzi Bankı (AMB) 5 fiziki şəxsə verdiyi sığorta brokeri, 18 hüquqi şəxsə və 95 fiziki şəxsə isə verdiyi sığorta agenti lisenziyalarını (ümumlikdə 118 sığorta vasitəçisi) ləğv edib.

Mia.az xəbər verir ki, bu qərar noyabrın 30-da “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib.

Lisenziyalar qüvvəsinin dayandırılmasına əsas verən hallar aradan qaldırılmadığı üçün ləğv olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:55 26.07.2024

Sabah yağış yağacaq