BƏƏ BMT Təhlükəsizlik Şurasına qətnamə layihısi təqdim etdi - Qəzza ilə bağlı

img

07-12-2023 [09:16]


Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qəzza zolağında atəşkəslə bağlı i BMT Təhlükəsizlik Şurasına (BMT TŞ) qətnamə layihəsi təqdim edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə BƏƏ-nin BMT-dəki daimi nümayəndəliyi açıqlama yayıb.

Bildirilib ki, BƏƏ Qəzzada təcili atəşkəsi tələbi ilə TŞ-yə müraciət edib: "Biz onları atəşkəslə bağlı təcili qərar verməyə çağırmaqla yanaşı, qərar layihəsini BMT Təhlükəsizlik Şurasına təqdim etdik. Çünki artıq Qəzza zolağında vəziyyət fəlakətlidir və geri dönüşü olmayan nöqtəyə doğru gedir. Biz daha çox gözləyə bilmərik. BMT Təhlükəsizlik Şurası atəşkəslə bağlı qətiyyətlə hərəkət etməlidir".

Xatırladaq ki, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailin “Fələstinlilərə və onların müqəddəs dəyərlərinə, xüsusilə də Əl-Əqsaya qarşı davamlı pozuntularına cavab verdiyi” əsası ilə İsrailə hücum edib. Bundan sonra isə İsrail Qəzzanı bombalamağa başlayıb.

Həmin gündən İsrail tərəfdən 310-u hərbçi olmaqla 1200 nəfər həlak olub.

Fələstinlilərin itkisi isə belədir: sayı 7 min 112-si uşaq, 4 min 885-i qadın olmaqla 16 min 248 nəfər.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq