Ərdoğan: "Netanyahunun hara qaçacağını bilmirəm"

img

07-12-2023 [00:11]


"Qəzza xalqının yaşadıqlarına qarşı çıxmaq üçün insan olmaq kifayətdir. İsrail, əlbəttə ki, hesab verəcək. Onun törətdiyi hərbi cinayətlərin, onların məhkəmələrində xüsusi yeri olacaq. Onlar gec-tez insanlıq məhkəməsində mühakimə olunacaqlar. Netanyahunun hara qaçacağını bilmirəm”.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Prezident Ərdoğan hökumətin iclasından sonra keçirdiyi brifinqdə deyib.

Ərdoğan daha sonra bildirib ki, Türkiyənin cənubunda, Suriya və İraqın şimalında terror təşkilatına qəti şəkildə ayaq tutmasına imkan verilməyəcək: "Terrorçuların çoxaldığı sərhədlərimizə yaxın əraziləri, xüsusən Tel Rıfatı onlardan təmizləyəcəyik. Biz kimin nə işlə məşğul olduğunu, kimin kiminlə iş gördüyünü çox yaxşı bilirik. Bir gecə qəflətən gəlib bu ssenariləri kəsib atmaqdan çəkinməyəcəyik".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq